Icma.az
close
up
RU
Kamaləddin Qafarov: Azərbaycan Asiya ölkələri ilə əməkdaşlığı genişləndirir

Kamaləddin Qafarov: Azərbaycan Asiya ölkələri ilə əməkdaşlığı genişləndirir

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 12-də Kamboca Krallığının Baş naziri Hun Manetlə görüşdən sonra mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin inkişaf istiqamətlərini ortaya qoydu.”

Milli Məclisin deputatı Kamaləddin Qafarov mətbuata açıqlamasında belə deyib.

O, bildirib ki, səfər mövcud siyasi etimadın yeni əməkdaşlıq imkanlarına çevrilməsi baxımından əhəmiyyətlidir. “Tərəflərin açıqlamalarında beynəlxalq platformalarda qarşılıqlı dəstək və parlamentlərarası əlaqələrin genişləndirilməsi xüsusi yer tutub. Azərbaycanla Kambocanı birləşdirən mühüm cəhətlərdən biri beynəlxalq təşkilatlarda əməkdaşlığa verdikləri önəmdir. BMT, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində qurulan əlaqələr göstərir ki, coğrafi baxımdan uzaq dövlətlər ortaq prinsiplər və qarşılıqlı hörmət əsasında səmərəli tərəfdaşlıq qura bilərlər. Prezident İlham Əliyevin vurğuladığı kimi, çoxtərəfli platformalarda fəal əməkdaşlıq ikitərəfli münasibətlərin möhkəmlənməsinə xidmət edir. Bu yanaşma Azərbaycanın xarici siyasətində dialoqa və qarşılıqlı faydaya əsaslanan xəttin ardıcıl davam etdirildiyini göstərir.” Toyuqlu pizza

Fikirlərini davam etdirən millət vəkili bildirib ki, belə münasibətlər yalnız bəyanatlarla məhdudlaşmır və onların real məzmunu dövlətlərin bir-birinin təşəbbüslərinə münasibətində, ortaq platformalarda mövqelərin uzlaşdırılmasında və yeni təmas kanallarının yaradılmasında üzə çıxır: “Hun Manetin Bakıya səfəri və AQEM-in Zirvə görüşündə iştirakı bu baxımdan əhəmiyyət daşıyır. Azərbaycan Asiya ölkələri ilə əlaqələrini genişləndirməklə beynəlxalq əməkdaşlığın coğrafiyasını artırır, müxtəlif regionlar arasında siyasi dialoqun inkişafına töhfə verir. Kamboca ilə təmasların intensivləşdirilməsi də həmin strategiyanın məntiqi tərkib hissəsidir.

Münasibətlərin institusional əsasını möhkəmləndirən digər istiqamət parlamentlərarası əməkdaşlıqdır. Hər iki ölkədə fəaliyyət göstərən dostluq qrupları siyasi dialoqun qanunverici orqanlar səviyyəsində davam etdirilməsinə imkan yaradır. Parlamentlər qarşılıqlı təcrübənin öyrənilməsi, dövlətlərin maraqlarının daha yaxından anlaşılması və əlaqələrin hüquqi əsaslarının inkişafı baxımından mühüm rol oynayır. Bu təmaslar hökumətlər arasında əldə olunan razılaşmaların daha geniş institusional dəstəklə müşayiət edilməsinə şərait yaradır. Kambocanın dəstəyi ilə Azərbaycanın ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə etməsi də diqqətəlayiq nümunədir. Bu addım Cənub-Şərqi Asiya ilə əlaqələrin genişləndirilməsi üçün əlavə imkanlar açır. Azərbaycanın coğrafi mövqeyi Avropa ilə Asiya arasında bağlantıların inkişafına əlverişli zəmin yaradır. Bu imkanlardan səmərəli istifadə üçün nəqliyyat əlaqələri ilə yanaşı, siyasi və parlament diplomatiyasının da fəal olması vacibdir. Oktyabrın 12-də mübadilə olunan sənədlər də əlaqələrin konkret sahələr üzrə inkişafına xidmət edən siyasi iradəni təsdiqləyir.”


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 13 Oktyabr 2026 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see304

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see282

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see277

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see269

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see264

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see255

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see251

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see244

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see243

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see237

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see236

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see236

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see221

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see219

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see215

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see210

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see210

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see204

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see201

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri