Kamaz çobanı və qoyun sürüsünü vurdu
Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İsmayıllıda yük maşını çobanı və qoyun sürüsünü vurub.
Axar.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Lahıc qəsəbəsində qeydə alınıb.
İlkin məlumata əsasən, “Kamaz” markalı yük avtomobili yol kənarındakı qoyun sürüsünə çırpılıb. Hadisə nəticəsində qoyun sürüsünə cobanlıq edən 1961-ci il təvəllüdlü Qocaman Elqirax oğlu Bəyalıyev xəsarət alıb, 20-dən çox qoyun tələf olub.
Çoban ağır bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

