Kürdəmirdə BƏDBƏXT HADİSƏ: Çobanı ildırım vurdu
Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Kürdəmir rayonunun Şıxımlı kəndində bədbəxt hadisə baş verib.
"Yeni Sabah" Baku TV-yə istinadən xəbər verir ki, hadisə sentyabrın 29-da kənd ərazisində qeydə alınıb. Ərazidə çobanlıq edən Ağsu rayonunun Qasımbəyli kənd sakini, 1975-ci il təvəllüdlü Zahir Vahid oğlu Hacalıyevi ildırım vurub.
Hadisə nəticəsində Zahir Hacalıyev həyatını itirib. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar, mərhumun meyiti götürülərək aidiyyəti üzrə təhvil verilib. Marqarita pizza
Şıxımlı kənd sakini Baba Cəlalov bildirib ki, axşam saatlarında heyvanların sahədən geri qayıtdığını görüblər. Lakin çobanın, atın və itin olmadığını müəyyən etdikdən sonra ərazidə axtarış aparıblar. Nəticədə çobanın və iki qoyunun ildırım vurması nəticəsində öldüyünü görüblər.
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.
Baxış sayı:52
Bu xəbər 30 Sentyabr 2026 01:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















