Kamboca Trampın Nobel Sülh mükafatına namizədliyi ilə bağlı rəsmi müraciət edib
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 8 avqust, AZƏRTAC
Kamboca ABŞ Prezidenti Donald Trampın Nobel Sülh mükafatına namizədliyinin rəsmən irəli sürüb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat verən Kambocanın AKP rəsmi agentliyinin yazdığına görə, Kamboca hökuməti bu qərarı Trampın bu ölkənin Tailandla sərhədində sülhə nail olması ilə bağlı verib.
Kambocanın Baş naziri Hun Manet tərəfindən göndərilən məktubda deyilir ki, Trampın namizədliyi onun dünyada sülhün möhkəmlənməsinə verdiyi tarixi töhfə ilə əlaqədardır. O yazıb: “Potensial dağıdıcı münaqişənin qarşısını alan həmin müdaxilə böyük insan tələfatının qarşısının alınmasında mühüm rol oynadı və iki ölkə arasında sülhün bərpasına zəmin yaratdı”.
Kambocanın bu niyyəti ötən həftə məlum olub. Avqustun 1-də Kamboca Baş nazirinin müavini Sun Çantol sülhün bərqərar olunmasında göstərdiyi köməyə görə Trampa təşəkkür edib. O əlavə edib ki, ABŞ Prezidenti bu mükafata xalqlar arasında dostluğun möhkəmlənməsinə ən böyük töhfəsinə görə layiq görülməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 08 Avqust 2025 11:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















