Icma.az
close
up
RU
Trampın Nobel Sülh Mükafatına namizədliyi irəli sürüldü

Trampın Nobel Sülh Mükafatına namizədliyi irəli sürüldü

Tribuna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Cənubi Koreya Milli Assambleyasının (parlamentinin) “Toburo” Demokratik Partiyasından olan deputatı Pak Son Von ABŞ prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyinin nəzərdən keçirilməsi üçün Norveç Nobel Komitəsinə müraciət edib.

Tribunainfo.az  xəbər verir ki, bu barədə bazar ertəsi partiyanın rəsmi nümayəndəsi Ço Sın Re məlumat verib.

“Toburo” partiyası Cənubi Koreyanın əsas müxalifət qüvvəsidir və parlamentdə 300 yerdən 170-nə nəzarət edir. Ço Sın Re bildirib ki, Şimali Koreya ilə ABŞ arasında danışıqlar aparılan dövrdə deputat Pak Son Von Tramp administrasiyası ilə əlaqələr saxlayıb və bu təcrübəsinə əsaslanaraq Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürmək qərarına gəlib. Həmin vaxt Pak Son Von Cənubi Koreyanın Kəşfiyyat Xidmətinin direktor müavini vəzifəsində çalışıb.

Bildirilir ki, ərizə yanvarın 30-da verilib və ayın sonuna kimi qəbul edilib. Pak Son Von bu barədə bazar ertəsi parlament sessiyasında partiya sədri Li Cae Myon və partiyanın ali komitəsinin üzvü Kim Min Sok da daxil olmaqla partiyadaşlarını məlumatlandırıb. Jurnalistlərin çəkdiyi fotolardan birində onun qeyd dəftərində bu barədə yazılar əks olunub:

“Trampın Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsi – Norveç Nobel Komitəsinə təqdim edilib – ABŞ tərəfi ilə razılaşdırılacaq (Ağ Evə bildiriş göndərilməsi gözlənilir)”.

Bununla belə, Ço Sın Re vurğulayıb ki, bu təşəbbüs deputatın şəxsi qərarı olub və partiyanın rəsmi mövqeyi ilə bağlı deyil.

“Tramp prezidentliyi dövründə Koreya yarımadasında sülhün əldə olunması üçün mühüm bir dönüş nöqtəsinə yaxınlaşmışdı. Bu namizədlik, onun Koreya yarımadasında sülhün təmin olunması istiqamətində işini davam etdirəcəyinə ümidin ifadəsidir”, – deyə partiya nümayəndəsi qeyd edib.

Norveç Nobel Komitəsinin rəsmi saytında qeyd olunur ki, milli parlamentlərin və hökumətlərin üzvləri Nobel Sülh Mükafatına namizədlər irəli sürmək hüququna malikdirlər. Bunun üçün xüsusi dəvət tələb olunmur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:287
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 04 Fevral 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see704

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see338

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see337

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see308

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see294

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see292

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see274

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see270

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see266

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see258

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see249

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see249

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see228

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see225

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see213

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see212

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see208

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see208

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri