Kamçatka sahillərində 7,7 bal gücündə zəlzələ olub, sunami təhlükəsi elan edilib
Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Kamçatkanın (Rusiya) şərq sahilləri yaxınlığında 7,7 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, yeraltı təkanların episentri Petropavlovsk-Kamçatski şəhərindən 125 km şimal-şərqdə, ocağı isə 40 km dərinlikdə yerləşib.
ABŞ-nin Okean və Atmosfer üzrə Milli İdarəsi (NOAA) bölgədə sunami təhlükəsi elan edib. ABŞ Geoloji Xidməti zəlzələnin gücünü 7,8 bal olaraq qiymətləndirib.
Kamçatka vilayətinin qubernatoru Vladimir Solodov bildirib ki, bütün xidmətlər gücləndirilmiş hazırlıq rejiminə keçirilib.
"Dəqiqləşdirilmiş məlumatlara görə, zəlzələnin gücü 7,2 bal təşkil edib. Yarımadanın şərq sahilləri boyunca sunami təhlükəsi elan olunub. Əhali məlumatlandırılır", – deyə qubernator öz Telegram kanalında yazıb.
/report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 18 Sentyabr 2025 23:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















