Kameranın çəkə bilmədiyi yerdə sürücülər avtobus zolağı ilə hərəkət edirlər VİDEO
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı-Sumqayıt yolunda avtobus zolaqlarının istifadəsi ilə bağlı ciddi qayda pozuntuları müşahidə olunur. Xüsusilə günün səhər saatlarında sürücülər vaxt itirməmək üçün avtobus zolağından açıq şəkildə istifadə edirlər.
Bu tip halların daha çox baş verməsi yolun müəyyən bir hissəsindədir ki, burada yerləşən kameralar həmin ərazini tam olaraq fiksasiya edə bilmir. Bu boşluqdan istifadə edən sürücülər avtobus zolağına daxil olaraq müəyyən bir məsafədə irəliləyirlər. Daha sonra əvvəlki zolağa qayıdan zaman digər sürücülərin yolunu kəsərək maneə yaradırlar.
Martın 9-da çəkilmiş videogörüntülərdə bu qayda pozuntularının nümunələri əks olunub.
Belə ki, 99-PR-741 qeydiyyat nişanlı "Skoda" markalı, 77-XM-019 qeydiyyat nişanlı "Chevrolet" markalı və 43-BE-898 qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüləri avtobus zolağında hərəkət etməklə qanunu pozublar. Videoda əlavə olaraq, başqa iki sürücünün də eyni qayda pozuntusuna yol verdiyi aydın şəkildə görünür.
Həmin əraziyə nəzarət kameralarının quraşdırılması ilə bu qayda pozuntularının qarşısını almaq olar.
Fərid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 08 Aprel 2025 11:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















