Icma.az
close
up
RU
Sürücülər bu küçədə kameranın olmamasından “İSTİFADƏ EDİB” QAYDALARI POZUR VİDEO

Sürücülər bu küçədə kameranın olmamasından “İSTİFADƏ EDİB” QAYDALARI POZUR VİDEO

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son dövrlərdə paytaxtın bir sıra küçə və prospektlərində yaranan tıxaclar sürücülərin qayda pozuntularının da artması ilə nəticələnir. Belə hallar daha çox Bakının mərkəzi ərazilərində müşahidə edilsə də şəhərətrafı rayonlarda da analoji faktlara təsadüf etmək mümkündür.

Avtosfer.az xəbər verir ki, paytaxtın Nizami rayonunda həftənin bazar günü olmasına baxmayaraq, qeyri-müəyyən səbəblərdən axşam saatlarında sıxlıq yaranıb.

Belə ki, rayonun Rüstəm Rüstəmov küçəsində başlayan tıxac Elşən Süleymanov küçəsi ilə kəsişmədə də özünü göstərib. Saytımızın sosial şəbəkə hesabına gələn şikayətdə bildirilir ki, “Baku Bus” MMC-yə məxsus 32 nömrəli avtobus Rüstəm Rüstəmov küçəsi ilə irəliləyərkən Elşən Süleymanov küçəsinə döngədə maneələrlə üzləşib. Fərdi avtomobillərin əks yola çıxması səbəbilə Elşən Süleymanov küçəsində sadəcə 1 zolaq Rüstəm Rüstəmov küçəsindən gələnlər üçün açıq buraxılıb. Bəlkə də 1-2 avtomobil həmin zolaqda hərəkət etməli olmasa, həmin hissə də zəbt edilərdi.

Üstəlik, avtobus sürücüsünün yol verilməsi üçün işarə etməsinə baxmayaraq, 10-KO-674 dövlət qeydiyyat nişanlı “Ford” markalı avtomobilin sürücüsü qaydaları pozmasına rəğmən digər zolaqdan keçidin mümkünlüyünü göstərəcək əl-qol hərəkətləri də edib.

“Ford”un qayda pozuntusunu eyni ilə 99-AN-104 nömrəli “Changan” və 90-UA-230 qeydiyyat nişanlı “KIA” markalı avtomobillər də təkrarlayıb.

Bu azmış kimi, avtobus Elşən Süleymanov küçəsi ilə irəliləməyə çalışarkən kəsişmədə 77-QB-168 qeydiyyat nişanlı “Mercedes” və  77-GZ-229 nömrəli “Hyundai” markalı avtomobillər də avtobus irəlilədiyi istiqamətdə işıqforun yaşıl işığı yandığı halda, yol vermək əvəzinə əks yola çıxaraq qaydaları kobud şəkildə pozub. Üstəlik, avtobusun önündə dönmənin qadağan edildiyi yerdə 77-EV-592 dövlət qeydiyyat nişanlı “KIA” sürücüsü də tıxacdan yayına bilmək üçün Elşən Süleymanov küçəsində sola manevr edərək geriyə dönüb.

Videonu sosial şəbəkə hesabımıza göndərən şəxs deyib ki, həmin küçədə kamera olmadığı üçün məhz bu ərazidə sürücülər vaxtaşırı qaydaları istədikləri kimi pozur, qəza şəraiti belə yaradırlar.

Həmin görüntüləri sizə təqdim edirik:

Səfər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 03 Fevral 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri