Icma.az
close
up
RU
Kamerunda 92 yaşlı Pol Biya prezident seçkilərinin qalibi elan edildi

Kamerunda 92 yaşlı Pol Biya prezident seçkilərinin qalibi elan edildi

Icma.az xəbər verir, Oxumeni.az saytına əsaslanaraq.

Kamerunda 92 yaşlı Pol Biya prezident seçkilərinin qalibi elan edildi

Dünyanın ən yaşlı dövlət başçısı, Kamerun prezidenti 92 yaşlı Pol Biya səslərin 53,66%-ni toplayaraq yenidən seçkilərdə qalib gəldi.

“France-Presse” aqentliyinin məlumatına görə, bunu ölkənin Konstitusiya Məhkəməsi açıqlayıb.

Biya 1982-ci ildən bəri Kameruna rəhbərlik edir. Bu, onun səkkizinci prezidentlik müddətidir.

Seçkilər 12 oktyabrda keçirilib və rəsmi nəticələr 15 gün sonra hesablanıb. Seçki komissiyasının məlumatına görə, səsvermə sakit keçib.

Kampaniya zamanı Biya yalnız bir mitinq keçirib və on gün Avropada qalıb. Seçkilərdə doqquz namizəd, o cümlədən vəzifələrini tərk edən iki keçmiş nazir iştirak edib.

Müxalifət lideri Moris Kamto yarışdan kənarlaşdırılıb və bu, hakimiyyətin rəqiblərini sıradan çıxardığına dair tənqidlərə və ittihamlara səbəb olub. 2018-ci ildəki son seçkilərdən sonra Kamto artıq qələbə qazandığını iddia etmiş və kütləvi etirazlar təşkil etmişdi.

Həqiqi rəqabətin olmamasına baxmayaraq, müxalifət namizədi İsse Çiroma Bakari nəticələr açıqlanmamışdan əvvəl özünü qalib elan edib. Rəsmi rəqəmlərə görə, o, səslərin 35,2%-ni toplasa da, tərəfdarları saxtakarlıq olduğunu iddia ediblər.

Kamerunlu politoloq İmmanuel Uana BBC-yə bildirib ki, "Biya üçün hakimiyyəti qorumaq həmişə prioritet olub - çox vaxt vətəndaşların həyatını yaxşılaşdırmaq bahasına".

Kamerun əhalisinin 60%-dən çoxu 25 yaşdan kiçikdir və əksəriyyəti heç vaxt başqa bir prezident tanımayıb. İnflyasiya, korrupsiya, işsizlik və təhlükəsizlik problemləri səbəbindən ölkədə narazılıq artır.

Almaz Həsənli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 28 Oktyabr 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri