Icma.az
close
up
RU
Kamil Lətifov: “BOKT un aktivləri 60 milyon manatı ötüb”

Kamil Lətifov: “BOKT un aktivləri 60 milyon manatı ötüb”

Banco.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Banco.az BOKT “İnternational” ASC-nin İdarə Heyətinin  üzvü Kamil Lətifovla müsahibəni təqdim edir: 

 - Kənar audit yoxlamasının ümumi nəticələri necə olub? Auditor rəyi necədir?

- Auditin yekununda təşkilatımızın maliyyə hesabatlarına “müsbət rəy” təqdim olunub. Bu onu göstərir ki, təşkilatın fəaliyyəti, maliyyə hesbatlılığı şəffafdır. Təşkilatın real maliyyə vəziyyətini, gəlirlərini, aktivlərini, öhdəliklərini və əməliyyat nəticələrini şəffaf şəkildə əks etdirir. Həmçinin maliyyə hesabatları beynəlxalq maliyyə hesabatları standartlarına uyğun hazırlanıbdır.

Bu nəticə həm tənzimləyici qurumlar, həm investorlar, həm də tərəfdaş maliyyə institutları üçün mühüm etimad göstəricisidir.

- Audit hesabatına əsasən, ötən maliyyə ili üzrə əsas maliyyə göstəricilərində hansı dəyişikliklər qeydə alınıb?

- 2025-ci ilin maliyyə nəticələri şirkətimizin dayanıqlı inkişaf mərhələsində olduğunu bir daha təsdiqləyir. Audit hesabatına əsasən, ötən illə müqayisədə aktivlərimiz təxminən 15 milyon manat artaraq əhəmiyyətli böyümə nümayiş etdirib. Bu artım həm kredit portfelinin genişlənməsi, həm də maliyyə resurslarımızın daha effektiv idarə olunması ilə bağlıdır.

Kapital göstəricilərimizdə 2 milyon manatdan artıq artım qeydə alınıb ki, bu da şirkətin maliyyə dayanıqlığının və gələcək inkişaf potensialının gücləndiyini göstərir. Xalis mənfəət isə 800 min manat civarında artıb. Mənfəətlilikdəki bu müsbət dinamika əməliyyat effektivliyinin yüksəlməsi, risklərin düzgün idarə olunması və kredit portfelinin keyfiyyətinin qorunması ilə bağlıdır.

Ümumilikdə, bu göstəricilər BOKT-un bazardakı mövqeyinin möhkəmləndiyini və uzunmüddətli inkişaf strategiyasının uğurla icra olunduğunu nümayiş etdirir.

- Auditorlar kredit portfelinin keyfiyyətini necə qiymətləndiriblər?

-  Audit nəticələrinə əsasən, kredit portfelimizin keyfiyyəti qənaətbəxş və dayanıqlı qiymətləndirilib. Cari kredit portfelimiz 53 mln təşkil edir, keçən illə müqayisədə portfelimiz 15 mln artıbdır.

PAR göstəricilərimiz də bazara uyğun olaraq tənzimlənir.

- Audit qiymətləndirilməsinə əsasən Təşkilatın öhdəliklərini yerinə yetirmə qabiliyyəti hansı səviyyədədir?

- Audit nəticələri göstərir ki, BOKT-un likvidlik mövqeyi kifayət qədər güclüdür və şirkət öz cari və uzunmüddətli öhdəliklərini vaxtında icra etmək imkanına malikdir. Buna təşkilatın kapitalı və aktivləri imkan verir. Hazırda təşkilatın aktivləri 60 milyon manatdan artıqdır və bu göstərici maliyyə dayanıqlığımızın mühüm indikatorlarından biridir.

- Kapital adekvatlığı göstəriciləri gələcək inkişafı dəstəkləmək üçün yetərlidirmi?

- Audit hesabatı göstərir ki, kapital adekvatlığı göstəricilərimiz həm mövcud fəaliyyətin davamlılığı, həm də gələcək inkişaf planlarının maliyyələşdirilməsi baxımından kifayət qədər güclüdür.

Kapitalımız 2025 il sonuna 14 154 min AZN təşkil edir. Keçən illə müqayisədə 2 mln artım olubdur. Bu da əsas dayanıqlıq göstəricilərindən biridir. 

- Vergi öhdəlikləri ilə bağlı auditorların hər hansı iradı olubmu?

- Xeyr. Audit zamanı vergi uçotu, vergi öhdəliklərinin hesablanması və maliyyə hesabatlarında düzgün əks etdirilməsi məsələləri ətraflı yoxlanılıb və hər hansı uyğunsuzluq müəyyən edilməyib.

Bu nəticə maliyyə intizamına və şəffaf vergi siyasətinə verdiyimiz önəmin göstəricisidir.

- Auditorların BOKT-un maliyyə sağlamlığının daha da gücləndirilməsi üçün verdiyi əsas idarəetmə tövsiyələri nələrdən ibarət olub?

-Auditorlar ümumilikdə maliyyə göstəricilərimizi və idarəetmə sistemimizi yüksək qiymətləndiriblər. Bununla yanaşı, davamlı inkişaf prinsipinə uyğun olaraq bir sıra strateji tövsiyələr də təqdim olunub.

Əsas tövsiyələr risklərin idarə olunması sistemlərinin beynəlxalq bazarda formalaşan yeni trendlərə uyğun olaraq daha da təkmilləşdirilməsi, rəqəmsal transformasiya proseslərinin sürətləndirilməsi və məlumat analitikası imkanlarının genişləndirilməsi ilə bağlı olub.

Bundan əlavə, daxili nəzarət mexanizmlərinin avtomatlaşdırılması və kibertəhlükəsizlik həllərinin daha da gücləndirilməsi istiqamətində tövsiyələr verilib. Biz bu tövsiyələri inkişaf strategiyamızın mühüm hissəsi kimi qiymətləndiririk və mərhələli şəkildə tətbiq etməyi planlaşdırırıq.

- Banklarla əməkdaşlıq edirsinizmi? Hansı formada?

-Bəli, BOKT olaraq ölkənin aparıcı və etibarlı bankları ilə aktiv əməkdaşlıq münasibətlərimiz mövcuddur. Bu əməkdaşlıqlar maliyyə ekosisteminin daha effektiv işləməsinə və resursların daha səmərəli idarə olunmasına xidmət edir.

Əməkdaşlıq əsasən bir neçə istiqamətdə həyata keçirilir: vəsaitlərin cəlbi, kartların emissiyası, hesabların idarə edilməsi və s.

Bu tərəfdaşlıqlar həm şirkətimizin maliyyə dayanıqlığını gücləndirir, həm də müştərilərimiz üçün daha geniş və çevik maliyyə imkanlarının yaranmasına şərait yaradır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://banco.az
archiveBu xəbər 25 May 2026 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see389

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see361

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see306

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see285

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see281

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see274

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see263

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see256

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see255

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see240

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see230

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see228

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see225

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see222

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see220

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see216

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see215

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see211

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see211

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri