“İnternational” BOKT un xalis mənfəəti 5,5 milyon manatı ötüb
Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"İnternational" Bank Olmayan Kredit Təşkilatı (BOKT) 2025-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
“Yeni Sabah” xəbər verir ki, şirkət ötən ili 5 milyon 546,4 min manat xalis mənfəətlə tamamlayıb. Əvvəlki ildə bu göstərici 4 milyon 820,6 min manat səviyyəsində idi ki, bu da illik müqayisədə mənfəətin 725,9 min manat və ya 15,1 faiz artması deməkdir.
Hesabat dövründə təşkilatın faiz gəlirləri 35,2 faiz (6 milyon 275,6 min manat) çoxalaraq 24 milyon 103,3 min manata çataraq müsbət dinamika nümayiş etdirib. Paralel olaraq faiz xərclərində də yüksəliş qeydə alınıb – bu göstərici 47,5 faiz (1 milyon 837,8 min manat) artımla 5 milyon 710,8 min manata yüksəlib. pizza hut
BOKT-un aktivlərinin həcmində də kəskin artım müşahid olunub. Şirkətin cəmi aktivləri illik 33,2 faiz və ya 15 milyon 114,7 min manat genişlənərək 60 milyon 651,2 min manatı keçib. Aktivlərin əsas drayveri sayılan kredit portfeli 35 faiz (13 milyon 296,7 min manat) böyüyərək 51 milyon 256,8 min manat təşkil edib.
Eyni dövrdə BOKT-un öhdəlikləri 38,1 faiz artaraq 46 milyon 496,7 min manata, balans kapitalı isə 19,4 faiz yüksələrək 14 milyon 154,5 min manata çatıb.
Cəlalə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 01 Sentyabr 2026 17:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















