Icma.az
close
up
RU
Kamilin kamillik yolu

Kamilin kamillik yolu

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

30 illik vətən həsrətinə son qoymaq uğrunda aparılan əks-hücum əməliyyatlarında canını fəda edən Şixmuradov Kamil Şixəmməd oğlu 1997-ci ilin iyul ayında Xaçmazdan həqiqi hərbi xidmətə çağırılıb.

1997–1999-cu illərdə Naxçıvan MR-da “N” saylı hərbi hissədə sürücü-elektrik, 1999-cu ilin fevral-iyul aylarında “N” saylı hərbi hissədə atıcı vəzifəsində müddətli həqiqi hərbi xidmətini başa vuraraq ehtiyata buraxılıb. 2004-2008-ci illərdə Azərbaycan Dövlət Dəmir Yollarının Təhlükəsizlik Xidmətinin Yalama Yüklərin və Obyektlərin Təhlükəsizliyi komandasında atıcı vəzifəsində çalışıb. 2014-cü ildən Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmətə daxil olaraq "mühəndis-istehkamçı" ixtisası üzrə manqa komandiri və taqım komandirinin müavini – manqa komandiri kimi xidmət edib. Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə komandalıq tərəfindən baş çavuş hərbi rütbəsi verilib. Şəhidimiz, həmçinin 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olub, Lələtəpə uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşüb. 2018-ci ildə Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibətilə "Azərbaycan Ordusu 1918-2018" yubiley medalı ilə təltif edilib.

Anası Sürəyya xanım söyləyir ki, Kamil çox istiqanlı olub. Bir dəfə də olsun heç kimə acıqlanmadı, səsini qaldırmadı, xətrinə dəymədi. Gülərüz, xoşxasiyyət idi. Uzaqda olmağına baxmayaraq, ailəsinə, uşaqlarına çox bağlı idi. Sonuncu dəfə məzuniyyətə gələndə dedim ki, ay oğul, uşaqların atası yanlarında gərək. Çıx gəl daha. Böyüyürlər, səni istəyirlər, burada ol, yanlarında ol. Gözlərimə baxdı, dedi ki, məni sən belə tərbiyə edibsən. Oğlumu da mənim kimi vətənpərvər böyüdərsən. Uşaqlarım sənə əmanətdir. Dedi və getdi.

Son görüşə gedəndə oğlunu da aparmışdıq. Uşaq baxdı-baxdı ona, dedi ki, ata, mən də hərbi forma istəyirəm. Atam kimi olmaq istəyirəm. O da elə Beyləqanda onun üçün hərbi geyim sifariş etdi. Özünə qismət olmadı, təəssüf ki. Gətirib geyindirə bilmədi, görə bilmədi balasını həmin o formada. Dostları sağ olsun, götürüb gətirdilər, uşağa geyindirdilər. Əminəm ki, o gördü, o hiss etdi bunu, ruhu şaddır. Müharibə başlayanda Bakıda gözümdən əməliyyat olunmuşdum. Çox da tez-tez zəng vurmurdum. Gecə vaxtı telefonda o biri oğlum Mehmanla danışanda eşitdim ki, deyir anam bilməsin.

Qardaşı–ehtiyatda olan polkovnik-leytenant Mehman bildirir ki, 2014-cü ildə Beyləqanda xidmət edirdim. Həmin il MAXE-lərin orduya kütləvi qəbulu başladı. Ordunu professional səviyyəyə çatdırmaq üçün belə bir işə başlanıldı və elan olundu. Həmin dövrdə də mən nizami hissədə çalışırdım. Kamil və iki dayım oğlu səfərbərlik xidmətinə müraciət etdilər və hərbi xidmətə başladılar. Elə oldu ki, apreldə onlar gəldi, may ayının 19-da mən təyinatla Bakıda–Silahlı Qüvvələrin Baş Qərargahında xidmətimi davam etdirməli oldum. Amma orada mənimlə çiyin-çiyinə xidmət göstərən zabitlərlə əlaqə saxlayır, Kamili soruşurdum. O, mənə həmişə başucalığı gətirdi. Mən onunla fəxr edirdim. Hər dəfə xoş xəbərini, xoş sədasını eşidəndə ürəyim dağa dönürdü. Çox məsuliyyətli olduğundan, ən ağır, ən çətin işlərə təyin olunurdu. Özü də elə buna can atırdı.

2020-ci ilin sentyabrın 26-da, axşamüstü mənə şəkillər göndərdi, yazdı ki, qardaş, biz getdik... Mən başa düşdüm ki, bunlar döyüşə gedir. Gündüzlər zəng vurmurdum, gərgin işləyirdilər. İmkan olanda danışırdıq. Füzuli rayonunun Alxanlı kəndində idi ermənilərlə təmas xətti. Elə oradan başlamışdılar. Mühəndis-istehkam qoşun növü elə bir qoşun növüdür ki, onlar olmadan nə xüsusi təyinatlılar, nə kəşfiyyatçılar hücuma keçə bilər. Birinci bunlar ərazini minalardan təmizləyib keçid açmalıdırlar ki, qabağa getmək mümkün olsun.

Kamil xidmət etibarı ilə ən ağır xidmət keçib, ən ağır döyüşlərdə iştirak edib. Çünki Aprel döyüşlərindən sonra ermənilər istehkamlarını daha da möhkəmləndirmişdilər. Beton sədlərdən öncə torpaq sədlər qaldırılmışdı. Bunu bizim tankların, texnikaların önə keçə bilməməsindən ötrü etmişdilər. Kamilgilin dəstəsi həmin ərazini minalardan zərərsizləşdirəndən sonra ilk keçid açılıb. Füzuli alınandan sonra Cəbrayıla gediblər. Hərdən danışırdıq, hər şeyin yaxşı olacağını deyirdi, qələbəyə inanırdı. Noyabrın 1-də Qubadlıda Həkəri çayının sahilində, Sarıyataq kəndində idi. Laçına doğru qoşunlarımızın içəriyə keçə bilməsi üçün alternativ yol açırdılar.

Noyabrın 6-da Qubadlı-Laçın istiqamətində gedən şiddətli döyüşlər zamanı, düşmən arxasına sızmağa çalışan kəşfiyyat qruplarına keçid açdıqdan sonra ara bir az sakitləşib. Kamil olduğu yerdən su götürmək üçün bir az aralanıb. Və həmin vaxt məruz qaldıqları düşmənin artilleriya atəşi nəticəsində aldığı ağır xəsarətlərdən döyüş meydanında qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Mən Bakıda idim, zəng vurdular. Sanki xəbəri bilib-bilmədiyimi yoxlamaq istəyiblər. Amma deməyə ürək etməyiblər. Zabitlərdən biri, axır ki, özündə cəsarət tapıb zəng vurdu, amma onun da deməyə dili gəlmədi. Səsindən, danışığından başa düşdüm ki, Kamili itirmişik. Özüm də hərbçiyəm, bilirdim ki, hər şey ola bilər. Kamil noyabrın 7-də Xaçmaz rayonunun Fərzəlioba kənd qəbiristanlığında dəfn etdik. Mən fəxr edirəm ki, qardaşım hərbi xidmətini layiqincə başa vurub. Vətənə borcunu Şərəflə, vicdanla yerinə yetirib".

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Kamil Şixmuradov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

M.MİRZƏ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Noyabr 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Slovakiya Prezidenti Peter Pelleqrinin Azərbaycana səfəri ilə bağlı daha bir paylaşım olunub (Video)

14 İyul 2026 20:45see338

Zinəddin Zidan DÇ 2026 dan sonra Fransa millisini çalışdıracaq

15 İyul 2026 03:31see264

Azərbaycanda “Temu”ya qarşı İŞ QALDIRILDI KONKRET

14 İyul 2026 16:24see254

Baloqun qırmızı vərəqəsinin ləğvi barədə: “Bu, tamamilə unikal bir şey idi”

15 İyul 2026 07:14see251

Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR

14 İyul 2026 17:15see239

Rəşad Sadıqov: “Gələcəyimi “Zirə”də görürəm”

15 İyul 2026 01:04see201

Daha bir ölkədən Rusiyaya SANKSİYA xəbəri...

15 İyul 2026 03:05see199

Fransız qadınların 50 yaşında 20 yaşındakı kimi görünməyinin sirri

15 İyul 2026 04:04see192

Cəmiyyətdə kişi anlayışı vizuallıqdan ibarət qalıb

15 İyul 2026 06:21see180

Fransa İspaniya oyunu başladı YENİLƏNİR

14 İyul 2026 23:01see177

Türkiyədəki o dəhşətli gecədən 10 il keçdi

15 İyul 2026 02:02see176

Bakıda ilk dəfə Lego Mego uşaq əyləncə mərkəzi açıldı

15 İyul 2026 01:08see169

Baş nazirdən Şuşa barədə YENİ QƏRAR

15 İyul 2026 23:06see164

Beş min dollar qazandı, Messi ilə görüşdü: in qarşılaşdığı qeyri adi azarkeş FOTO/VİDEO

15 İyul 2026 16:33see164

“İslamabad sazişi başa çatdı”

15 İyul 2026 07:00see164

Normal vaginal axıntı necə olmalıdır? Qadınların diqqətinə!

15 İyul 2026 23:03see161

Argentina yarımfinallarda uduzmur Altı oyunun hamısında final

16 İyul 2026 03:12see159

İran yaralanan mülki şəxslərin sayını açıqladı

16 İyul 2026 02:02see159

“Sabah” 10 cu qalib

16 İyul 2026 00:18see157

Dövlət Departamenti Səudiyyə Ərəbistanına 2 milyard dollarlıq raket sistemlərinin satışını təsdiqləyib

16 İyul 2026 06:56see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri