Icma.az
close
up
RU
Mir Kamilin şəxsiyyəti və şeiriyyəti barədə Həsən Lütfi

Mir Kamilin şəxsiyyəti və şeiriyyəti barədə Həsən Lütfi

Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kulis.az Həsən Lütfinin Mir Kamilin şəxsiyyəti və şeiriyyəti barədə" yazısını təqdim edir.

"Hər bir şair yazdığı şeirlərlə özünü, öz yaradıcı kimliyini inşa edir. Gənc istedad Mirkamil Ağazadə də fəth etməli olduğu "Mir Kamil" zirvəsinə doğru inamla addımlamaqdadır. Bunun üçün onun kifayət qədər avantajları var: söz və mənəviyyat dolu fəzada böyüməsi, ədəbiyyat üzrə tamam-kamal təhsil alması və s. Bir dost kimi qeyd edim ki, o, hər şeydən öncə insanların gözəl tərəflərini görməyə çalışan "arı xislətli" insandır. Həmçinin, həsəddən və qilü-qaldan uzaq, sənətdə zəhmətkeş, dostluqda mötəbər biridir.

Mir Kamilin ilkin yaradıcılıq illərinin zəhmətini bir yerə toplaması məni çox sevindirir. Onun bir müddət müəllimliklə məşğul olması, hazırda həm də nəsr sahəsində qələm işlətməsi ədəbi fitrətinin, əlvan istedadının aydın təzahürüdür.

Mir Kamilin yaradıcılığındaki bə'zi gözəlliklərə misralar üzərindən nəzər yetirməyimizi istəyirəm:

Bilirəm ki, halsız-halsız yenə bizçün ağlayırsan,
Üşüyəndə təkliyindən özünü qucaqlayırsan.

Müztərib bir insanın özünü qucaqlaması hamıya mə'lum bir səhnədir. Belə halların mə'nəvi rentgeninin oxucuya təqdim edilməsi şeir vasitəsilə daha dadlı alınır: Mir Kamil burda insanın təklikdən üşüməsini qeyd etməklə məsələyə şairanə aydınlıq gətirir.

Baş açmadım əvvəl dolaşıq badirələrdən,
Dərk eylədim axır səbəbin dərdə dözümlə.
Hər hadisə bir fəsli imiş ömrüm kitabında,
Söz-söz düzülüb hər biri rəbbani düzümlə.

Bu beytlərdəki məzmunun açarı "rəbbani" sözüdür, halbuki başqa sözlər də işlənə bilərdi. Rəbb, yəni, tərbiyə edən. Siraci, üzləşilən çətinlikləri ilahinin tərbiyə metodlarından biri hesab edir. Bəli, bircə sözlə məsələnin mahiyyətini açmaq yazıçının söz sərraflığından xəbər verir. Həmçinin, danışıqda çox az istifadə edilən "badirə" sözünün mənası şeirdə oxucuya tam bəlli olur və bu şux, ahəngdar söz oxucunun ixtiyarına verilir. Qədim, ancaq gözəl sözləri klassikadan bu günə çəkib gətirmək hünər tələb edir. Misal olaraq, Səməd Vurğun, "müsəlləh" sözünü öz məşhur misrasıyla işlək hala gətirmiş, xalqın leksikonuna daxil etmişdi.

"Bəxtəvər fırçanı hərdən yerə qoy, radionu aç,
Latte buğlansın əlindən biraz, ey qəhvəyisaç,
Arabir dincliyə qaç..."

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi, latte və qəhvə sözlərinin misra içində bir-birinə dostca göz qırpması, "qəhvəyisaç" və "dincliyə qaçmaq" ifadələrinin şeir içində həll olması kimi nüanslar Mir Kamilin ənənəyə hörmətiylə yanaşı yenilikçi ruhunu nişan verir (ümumiyyətlə, "Rəssam qız" şeiri onun ən möhtəşəm şeirlərindəndir).

Dil tapıb gül nəfəsin dəydiyi daşlarla, gülüm,
Gecələr dar küçənizdə gəzim əvvəlki kimi.

"Yarın küçəsi" əruz şeirində ən çox toxunulan məsələlərdən olsa da, bu beytdə işlənən "dar küçə" və "daş" sözləri, görün, beytə necə də məxsusilik, orjinallıq gətirib.

Getmiş bu Siraci, gözəlim, huşə qapında,
Ulduzlu səma yorğanıdır, yastığı torpaq.

Yenə göydən yerə enməkdədir ağ donlu mələklər,
Nə mələk, yox, yox, işıq rəqsi edir ağ kəpənəklər!

Bu iki beytdə atını dördnala çapan şe'riyyət "yorğan" və "işıq rəqsi" yerlərində şaha qalxır. Bu poetika, Mikayıl Müşfiqin tə'biriylə desək, "əsrlərin şah dağlarını" aşa biləcək qüdrətdədir.

Yazımın nəhayətində demək istəyirəm ki, Mir Kamil öz dünyası, öz nəfəsi, öz ətri olan şairdir. Onun bizi yeni yaradıcılıq uğurlarıyla sevindirəcəyinə, yaxın gələcəkdə işıqlı bir sima olaraq bütün xalqın sevimlisinə çevriləcəyinə şübhəm yoxdur. İlhamın gur, yolun açıq olsun, əziz dost!

Tamaşada insan əti kəsdilər, bişirib yedilər, cinsi əlaqəyə girdilər - Tamaşaçılar xəstəxanalıq oldu Bəxtiyar Vahabzadə və "ayain @ ayain" Kağız paketlər - Günün hekayəsi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://kulis.az
archiveBu xəbər 14 Noyabr 2024 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri