Icma.az
close
up
RU
Kamran Əliyev “Belem Bəyannaməsi”ni imzaladı İqlim ədalətində yeni mərhələ (FOTOLAR)

Kamran Əliyev “Belem Bəyannaməsi”ni imzaladı İqlim ədalətində yeni mərhələ (FOTOLAR)

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Braziliyada səfərdədir.

Gununsesi.info“Qafqazinfo”ya istinadən xəbər verir ki, dünəndən etibarən Belem şəhərində COP30 çərçivəsində “Prokurorluq orqanlarının iqlim idarəçiliyində rolu” adlı beynəlxalq plenar iclas öz işinə başlayıb.

Tədbirin açılış mərasimində çıxış edən Braziliya Federativ Respublikasının Baş prokuroru Paulo Qonet iqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə, xüsusilə prokurorluq orqanlarının artan rolunu vurğulayıb, bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Paulo Qonet, həmçinin, Azərbaycan Respublikasına COP29-a uğurla ev sahibliyi etdiyinə görə və bu beynəlxalq konfrans çərçivəsində Mavi zonada Azərbaycan Prokurorluğu tərəfindən təşkil olunan “İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər olunması” adlı yüksək səviyyəli beynəlxalq tədbirə görə xüsusi təşəkkürünü ifadə edib.

Plenar iclasda Azərbaycanın Baş prokuroru Kamran Əliyev də çıxış edib. Baş prokuror Prezident İlham Əliyevin siyasi iradəsi və rəhbərliyi ilə ölkəmizdə iqlim dəyişikliyi ilə mübarizə istiqamətində həyata keçirilən tədbirlər, ətraf mühitin mühafizəsi sahəsində görülən çoxşaxəli işlər, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi və bu prosesdə prokurorluq orqanlarının fəal rolu barədə ətraflı məlumat verib.

Çıxış zamanı dövlətimizin başçısının 25 sentyabr 2025-ci il tarixində Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında səsləndirdiyi Xəzər dənizinin ekoloji vəziyyəti ilə bağlı fikirlərə toxunularaq, Xəzər dənizində ətraf mühitə zərər vuran cinayətlərə qarşı mübarizədə regional səylərin birləşdirilməsinin vacibliyi vurğulanıb.

Kamran Əliyev həmçinin BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (BMTNCİ), Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) kimi beynəlxalq qurumlarla sıx əməkdaşlığın həyata keçirildiyini bildirib.  Qeyd edib ki, 2024-cü ilin 15 noyabrında COP29 çərçivəsində Azərbaycan Prokurorluğunun təşkilatçılığı ilə “İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” mövzusunda yüksək səviyyəli beynəlxalq tədbir keçirilib və tədbirdə 200-dən çox xarici və yerli nümayəndə iştirak edib.

Tədbir çərçivəsində “Belem Bəyannaməsi” qəbul edilib. Bəyannamədə prokurorluq orqanlarının ətraf mühitin qorunması, iqlim ədalətinin təmin olunması və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi ilə bağlı vəzifələri əksini tapıb.

Plenar iclasdan sonra Baş prokuror Braziliyanın aparıcı televiziya kanallarına müsahibə verib. Müsahibə zamanı Azərbaycan Prokurorluğunun iqlim cinayətləri ilə mübarizə sahəsində topladığı təcrübə, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və təcrübə mübadiləsinin vacibliyi, həm ölkələr, həm də prokurorluq orqanları arasında sıx əlaqələrin və etimad mühitinin mövcud olması, eləcə də ölkə rəhbərlikləri səviyyəsində əməkdaşlığın yüksək səviyyədə qurulmasından bəhs edilib.

K. Əliyev COP29 çərçivəsində Azərbaycan Prokurorluğu tərəfindən təşkil olunan yüksək səviyyəli beynəlxalq tədbirin sonunda qəbul olunan “Baku Call to Action” sənədini xatırladaraq, həm bu təşəbbüsün, həm də “Belem Bəyannaməsi”nin qlobal miqyasda iqlim ədalətinin təmininə və ekoloji cinayətlərə qarşı birgə səylərin artırılmasına mühüm töhfə verdiyini əlavə edib.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 23 Oktyabr 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see176

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see151

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri