Icma.az
close
up
RU
Kamran Əliyev müşavirə keçirdi FOTOLAR

Kamran Əliyev müşavirə keçirdi FOTOLAR

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Mayın 15-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərliyi ilə Baş Prokurorluğun, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin, Respublika Hərbi,  Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarının məsul şəxslərinin iştirakı ilə əməliyyat müşavirəsi keçirilib. 

"Unikal" xəbər verir ki, müşavirədə çıxış edən Baş prokuror 2025-ci ilin 4 ayı ərzində prokurorluq orqanlarının fəaliyyəti və görülmüş işləri təhlil edərək qarşıda duran vəzifələrə dair bir sıra tapşırıqlar verib.

Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyevin qurucusu və banisi olduğu müasir Azərbaycanda Prezident cənab İlham Əliyevin çağdaş dövrün çağırışlarına uyğun islahatlar həyata keçirməsi hüquq sahəsində də müasirləşməni təmin edib və bu islahatlar prokurorluq orqanlarının fəaliyyətinə müsbət təsirini göstərib, xidməti fəaliyyətdə keyfiyyət və səmərəlilik nəzərəçarpacaq dərəcədə yüksəlib. Lakin, əldə edilmiş nailiyyətlərə kifayətlənilməməli, mövcud vəziyyət təhlil edilməklə, habelə qabaqcıl beynəlxalq təcrübə öyrənilərək fəaliyyətin daha da səmərəli olması üçün tədbirlərin icrası davam etdirilməlidir. 

Çıxış zamanı həmçinin qeyd olunub ki, prokurorluq orqanları tərəfindən dövlətin təhlükəsizliyinə qəsd edən cinayətlərə qarşı mübarizə bundan sonra da gücləndirilməli, cinayətkarlığın bütün növlərinə qarşı mübarizə sahəsində və qanunçuluğun qorunmasında digər hüquq-mühafizə orqanları ilə koordinasiyalı fəaliyyət davam etdirilməlidir. 

Baş prokuror prokurorluğun qanunla müəyyən edilmiş fəaliyyət istiqamətləri üzrə, o cümlədən prosessual rəhbərlik və prosessual nəzarət, ibtidai araşdırmanın keyfiyyətinin və tezliyinin artırılması, qətimkan tədbirlərinin seçilməsi, dövlət ittihamının müdafiəsi, vətəndaşların müraciətlərinə baxılması sahəsində işin səmərəliliyinin artırılması istiqamətində konkret göstərişlər verib. 

Bundan başqa Baş prokuror əhalinin hüquqi biliyinin artırılması istiqamətində konkret sahələr üzrə maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin, ali təhsil müəssisələrinin hüquq fakültələri ilə gənc hüquqşünaslarının yetişdirilməsi işində yaxından əməkdaşlıq edilməklə tədris prosesində prokurorluq əməkdaşlarının iştirakının davam etdirilməsinin vacibliyini vurğulayıb. 

Çıxış zamanı həmçinin ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirilməsinin beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsinin zəruriliyi diqqətə çatdırılıb və prokurorluq əməkdaşları tərəfindən xarici ölkələrdə təlim-tanışlıq tədbirlərində iştirak etməklə qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqinin təmin edilməsinin vacibliyi qeyd olunub. 

Baş prokuror tərəfindən “Elektron Prokurorluq” informasiya sisteminin bütün prokurorluq orqanlarında tətbiq olunduğu, bu sistemin həmçinin cinayət-prosessual fəaliyyətin rəqəmsal müstəviyə keçməsinə imkan verdiyi bildirilməklə müasir çağırışlara uyğun olaraq sistemin daim təkmilləşdirilməsi və mümkün fəaliyyət istiqamətləri üzrə süni intellektin tətbiq edilməsi imkanlarının nəzərdən keçirilməsi ilə bağlı göstərişlər verilib. 

Müşavirə zamanı həmçinin xidməti fəaliyyətin konkret sahələri üzrə yol verilmiş nöqsanlar səsləndirilməklə onların aradan qaldırılması istiqamətində görülməli işlər, qarşıda duran vəzifələr barədə geniş müzakirələr aparılıb.

Yekunda Baş prokuror prokurorluq əməkdaşlarının bundan sonra da Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə üzərlərinə düşən vəzifələri layiqincə icra edəcəklərinə, vətəndaşlarının hüquq və azadlıqlarının müdafiəsi, cinayət təqibi və cinayət təqibindən kənar icraatın  həyata keçirilməsində qanunların icrasına nəzarətin ən yüksək səviyyədə həyata keçirəcəklərinə əminliyini ifadə edib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:239
embedMənbə:https://unikal.az
archiveBu xəbər 15 May 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see297

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see281

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see267

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see265

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see238

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see232

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see229

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see214

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see211

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see209

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see208

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see205

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see201

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see196

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see185

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see181

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri