Icma.az
close
up
RU
Kamran Əliyev: Bu sualın cavabını yalnız Fernandu Santuş bilir

Kamran Əliyev: Bu sualın cavabını yalnız Fernandu Santuş bilir

Apasport saytına istinadən Icma.az xəbər verir.

“SKA-Xabarovsk”un azərbaycanlı hücumçusu Kamran Əliyev apasport.az saytına müsahibə verib.

- Bu mövsüm “SKA-Xabarovsk”da yaxşı performans göstərirsən. Özün öz çıxışından razısan?
- Təbii ki, perfomansımın daha da yaxşı olmasını istəyirəm. Bunu da son oyunlarda göstərəcəm. Özümə güvənirəm. Komanda olaraq məqsədlərimiz var və onun uğrunda yarışırıq. 

- “SKA-Xabarovsk” hazırda Premyer Liqaya yüksəlmək uğrunda mübarizə aparır. Səncə, komanda birbaşa yüksək liqaya çıxa biləcək? 
- Biz özümüz pley-off üçün mübarizə aparırıq. Təbii ki, birbaşa Premyer Liqaya vəsiqə qazansaq, pis olmazdı. Görək də, necə olacaq. Hədəfimiz yüksək liqadır. Ümidvaram ki, bacaracağıq.

- Maraqlıdır ki, “SKA-Xabarovsk”da əslən 3 azərbaycanlı eyni anda oynayır. Sən, qapıçınız İslam və Sadiq Bağıyev. Necə düşünürsən, üçünüz də əsas milliyə xeyir verə bilərsiz?
- Təbii ki, üçümüz birdən Azərbaycanın əsas milli komandasına dəvət edilsək, bizə daha rahat olar. Adaptasiyaya görə deyirəm. Məncə, biz özümüzü yaxşı göstəririk və əsas milli üçün şans qazanmışıq. Necə olacaq görəcəyik.

- Ümumiyyətlə, Azərbaycan millisinon baş məşqçisi Fernandu Santuşun səni və komanda yoldaşlarını yığma komandaya dəvət etməməsini nə ilə əlaqələndirirsən?
- Bu sualın cavabını yalnız Fernandu Santuş bilir. Ona görə bu barədə mən nəsə deyə bilmərəm.

- Əvvəlki illərdə Rusiyada oynayan azərbaycanlı futbolçulara milli komandanın əsl gücü kimi baxırdılar. Məsələn, Ramil Şeydayev və Emin Mahmudovun Azərbaycan millisinə gələcəyi təqdirdə, hər şeyin əla olacağını düşünənlər az deyildi. Əvvəlki illər olsaydı, Rusiyada çıxış edən azərbaycanlını AFFA milli komandaya dərhal cəlb edərdi. Amma indi belə düşünmürlər. Bu haqda fikrin necədir?
- Ramil Şeydayev və Emin Mahmudov çox yaxşı futbolçulardı. Millidə olduqları vaxtda da bunu meydanda sübut ediblər. Yəqin ki, əvvəlki illər olsaydı, mən artıq əsas millidə olardım.

- Sən Rusiya Premyer Liqasında da, Azərbaycan Premyer Liqasında da oynasan da milliyə dəvət edilmədin. Milliyə dəvət edilməməyində xüsusi səbəb görürsən?
- Bilmirəm. Bəlkə də millidə olanların oyunumdan xoşu gəlmir. Ancaq yenə də, deyirəm ki, meydanda özümü sübut etməyə çalışıram. Çünki Azərbaycan millisində oynamaq istəyirəm. 

- Mövsümün gedişində adın Azərbaycan klubları ilə hallanırdı. Maraqlıdır, Misli Premyer Liqasındakı klublardan təklif almısan? 
- Elə ciddi təklif yoxdur. Mən indi ancaq “SKA-Xabarovsk”dakı qarşıdakı matçları düşünürəm. Çox yaxşı şansımız var ki, Premyer Liqaya yüksələk. Ümid edirəm ki, bunun reallaşdıracağıq.

“Turan Tovuz” Azərbaycan çempionatlarında 30-cu heç-heçəsini edib "Araz-Naxçıvan"dan yubiley qolu Premyer Liqada derbi günü: "Neftçi" "Qarabağ"a qarşı - YENİLƏNİR "Sabah" autsayderlə üz-üzə - YENİLƏNİR “Neftçi”də ciddi itkilər
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://apasport.az
archiveBu xəbər 19 Aprel 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri