Icma.az
close
up
RU
Fernandu Santuş: Düzgün yoldayıq

Fernandu Santuş: Düzgün yoldayıq

sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Millətlər Liqasının 5-ci turunun Estoniya ilə oyunundan sonra mətbuat konfransında iştirak edib. Sport24.az xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırıb.

- Niyə qələbə qazana bilmədik?

- Rəqibin qapıçısı çox yaxşı oyun nümayiş etdirdi. İlk 20 dəqiqə bərabər səviyyədə keçdi. 20-ci dəqiqədən sonra biz oyunu yalnız hücumda keçirdik. Futbolçularım qələbə qazanmaq üçün əllərindən gələni etdilər. Sonda lazım olan qolu vura bulmədik. Futbolda belə hallar olur. Oyunçuların yanaşması fərqli idi, sona qədər qələbə qazanmaq istəyirdilər. Məyusuq ki, qalib gələ bilmədik. Rəqib komanda şəklində çox yaxşı müdafiə olundu. Futbolçularıma deyəcəyim bir sözüm yoxdur.

- D Liqasına yuvarlanmaq sizin üçün faciə sayılacaq?

- Əlbəttə. D Liqasına düşmək istəmirdik. Təəssüf ki, belə oldu. Son oyunlarda komandanın performansı göstərir ki, düzgün yoldayıq. Sonuncu pillədə olmağımız ürəkaçan deyil.

- Beş oyuna baxsaq, xal itkilərinin səbəbini nədə görürsüz?

- Son 3 matçda rəqiblərdən daha yaxşı oynamışıq. Müdafiədəki səhvlərimizdən qollar buraxmışıq. Biu gün isə müdafiə xətti səhvsiz oynadı. Bugünkü matçda çatışmayan qol idi. Əvvəlki oyunlarda isə qol vura bilirdik. Futbolçular əllərindən gələni etdilər.

- Növbəti matçda da qapıda Rza Cəfərovu görəcəyik?

- Əminliklə deyə bilərəm ki, görə biləcəksiz.

- Ramilin əvəzinə meydanda başqa futbolçunu görə bilərik?

- Bu gün Ramil pis oynadı? Bu, sizin fikrinizdir. 

- Qol vura bilməmək problemini necə həll edəcəksiz? 

- Bu gün Mahir Emreli yox idi, Renat Dadaşov isə zədəlidir. Bu iki futbolçu milli üçün çox önəmlidir. Musa neçə vaxtdır oynamırdı. Amma bu gün heç də pis təsir bağışlamadı. Hücum xəttində yaxşı oyunçularımız var. Çox təəssüf ki, hücumameyilli yarımmüdafiəçilər çempionatda onamır. Klublarda əsasən bu mövqedə legionerlər çıxış edir. Əlimizdə olan materialla işləyəcəyik. Hücumçular üçün vacib amil qol vurmaqdır. Qol vuranda daha da yaxşı oynayırlar.

- AFFA rəhbəri siz olsaydız, bu göstərici sizi qane edərdi?

- Xeyr. Amma mən sırf bunun üçün dəvət edilməmişəm. Fikrimi bundan öncə daha ətraflı ifadə etmişəm. Bura gəlməkdə məqsədim odur ki, AVRO-2028-də çıxış etmək üçün komanda qurum. Belə şərt olmasaydı, bura gəlməzdim. Məni gətiriblər ki, bu layihənin bir hissəsi olum. İnanıram ki, istəyimizə nail olacağıq. 

- Bədavi Hüseynovun kornerlər zamanı cərimə meydançasına daxil olmamasının səbəbi nə idi?

- Bu bizim strategiyamızın bir hissəsi idi. Estoniya millisi İsveçlə son maçtda 3 oyunçu ilə cərimə meydançasına daxil olub qol vurdular. Bu amili nəzərə alıb belə taktika seçdik.

- Gələcək üçün nəyə ümid etməliyik?

- Mən sizə ümid vermirəm. Bura bir layihəni icra etməyə gəlmişəm. Bunun da qaydası var. Məqsədimiz qarşıdakı 4-5 ildə mübariz Azərbaycan millisi qurmaqdır. Eyni zamanda da məqsədimiz oyunçu yetişdirməkdir. Hər dəfə daha yaxşı heyət qurmağa çalışırıq. Milliyə gənc oyunçular dəvət edirik. Dünyada bütün millilər bu yolu gedirlər. Əgər biz bu yoldan çıxsaq, səhv edərik. Federasiya rəhbərliyi ilə birlikdə, hamılıqla bunun üzərində işləyirik. Başqa yolu legioner futbolçuları milliləşdirməkdir.

- Biz bu yolu keçmişik, amma nəticə olmayıb...

- Nəticə verməyibsə, digər yolu keçməliyik. Portuqaliya millisi Avropa çempionu olanda da bizim getdiyimiz yolu seçmişdik. Sizə Gürcüstan millisi haqda nümunə gətirim. 10 il əvvəl bu layihə ilə başlayıblar. Azərbaycanda yaxşı oyunçular var. Onlar çox yaxşı texniki keyfiyyətlərə malikdir. Bunu komanda şəklində etməyə çalışmalıyıq. İnanın ki, zərrə qədər də şübhəm yoxdur. Başqa yolu seçsək, bir oyun qələbə qazanacağıq, bir oyun məğlub olacağıq.

- Növbəti mövsümdə San Marino, Cəbəllütariq kimi millilərlə oynayacağıq. Belə zəif rəqiblərlə qarşılaşmaq sizin dediyiniz layihənin həyata keçməsi üçün nə dərəcədə fayda verəcək?

- Millinin oyunları hər ay olmur. Növbəti matçlarımız mart ayında olacaq. Rəqibin zəif və ya güclü olması fərq etmir. Azərbaycan milisi sonuncu dəfə Monqolusta qalib gəlib. Ən azından bu yadda qələbə kimi qalıb. Qarşıda bizim düyna çempionatını seçmə mərhələsi gözləyir. Orada da güclü rəqiblərlə qarşılaşacağıq.

- Futbolçularımız legioner həyatı yaşamağa istəkli görünmür. Bu yöndə onlarla söhbətiniz olur? Millimizin üzvlərini Avropa klublarına məsləhət görürsüz?

-  Əlinmdən nə gəlirsə, onu da edəcəyəm. 10 il qabaq Gürcüstan millisinin üzvləri də milli çempionatda çıxış edirdilər. Gürcüstan yığması komanda şəklində inkişaf etməyə başladı. Daha güclü çempionatda oynamaq futbolçular üçün çox vacibdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:224
embedMənbə:https://sport24.az
archiveBu xəbər 16 Noyabr 2024 21:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see480

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see471

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see235

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see226

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see222

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see214

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see210

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see195

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see192

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see184

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see184

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see183

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see181

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see180

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see176

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see176

Azərbaycanda bu valyutalar bahalaşdı Rəsmi

09 Oktyabr 2026 09:13see174

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see171

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see170

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri