Kamran Əliyev əməliyyat müşavirəsi keçirdi FOTOLAR
Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yanvar ayının 19-da Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhər və digər tabe rayon prokurorluqlarının əməkdaşlarının iştirakı ilə videoformat rejimində 2025-ci il ərzində cinayətkarlığa qarşı mübarizə, ədalət mühakiməsinin həyata keçirilməsində iştirak, qanunların icra və tətbiq olunmasına nəzarət, cinayət mühakimə və cinayət təqibindən kənar icraatlarda insan hüquq və azadlıqlarının müdafiəsi və qanunla müəyyən edilmiş digər sahələrdə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
"Unikal" xəbər verir ki, giriş nitqi ilə çıxış edən Baş prokuror, Azərbaycan Prokurorluğunun qanunçuluğun etibarlı təminatçısı kimi cinayətkarlığa qarşı barışmaz mübarizəsinin və qanunun aliliyinin bərqərar olunmasında sarsılmaz mövqeyinin, fəaliyyətinin hərtərəfli təminatı üçün qanunvericilik və maddi-sosial bazanın formalaşdırılmasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə aparılan hüquq islahatlarının, görkəmli dövlət xadiminin Prokurorluğa olan xüsusi qayğısı və dəstəyi nəticəsində mümkün olmasını qeyd edib, o cümlədən Naxçıvan Muxtar Respublikasının da hərtərəfli inkişafının Ulu Öndər Heydər Əliyev tərəfindən daim diqqətdə saxlanıldığını xüsusilə vurğulayıb.
Baş prokuror qeyd edib ki, Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən möhtərəm Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ölkəmizin hərtərəfli, o cümlədən iqtisadi-sosial inkişafı, insanların yüksək səviyyədə rifahının təmin edilməsi istiqamətində mühüm islahatlar aparılmış və bu hazırda da davam etdirilməkdədir.
Çıxışda həmçinin qeyd edilib ki, yola saldığımız 2025-ci il eyni zamanda tarixi və əlamətdar hadisələrlə zəngin bir il olub. 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq 28 dekabr 2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı suveren ərazilərimizdə bir sıra tədbirlər keçirilib.
Baş prokuror 2025-ci ilin avqust ayının 8-də ABŞ-ın paytaxtı Vaşinqtonda, Ağ Evdə Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin paraflanmasını xüsusi vurğulayaraq, bu addımın dövlətimizin beynəlxalq siyasi müstəvidə və diplomatiya sahəsində əldə etdiyi uğurlarının kuliminasiya nöqtəsi olduğunu qeyd etdi.
Daha sonra hesabat məruzəsi ilə çıxış edən Naxçıvan Muxtar Respublikası prokuroru Sənan Paşayev fəaliyyət istiqamətləri üzrə görülən işlərə və statistik göstəricilərə istinad etməklə hesabat dövründə Muxtar Respublikada kriminogen durumun nəzarətdə saxlanıldığını, daxili işlər, dövlət təhlükəsizliyi və digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ölkəmizdə ictimai-siyasi sabitliyin qorunduğunu, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində zəruri tədbirlərin görüldüyünü qeyd edib.
Bildirilib ki, 2025-ci il ərzində Naxçıvan Muxtar Respublikasının prokurorluq orqanlarında 31 cinayət işinin ibtidai istintaqı aparılmış və həmin cinayət işlərindən 17-sinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Hər iki hesabat dövründə Naxçıvan Muxtar Respublikası prokurorluğu orqanları üzrə cinayətlərin açılma faizi 100 % təşkil edib.
Bundan başqa qeyd olunub ki, 2025-ci ildə Naxçıvan Muxtar Respublikası prokurorluğu orqanlarına daxil olan 647 müraciətə müvafiq qaydada baxılmış, eləcə də Naxçıvan Muxtar Respublikası Prokurorluğunda 296, tabe rayon (şəhər) prokurorluqlarında isə 357 olmaqla, ümumilikdə 653 vətəndaş qəbul edilərək dinlənilmiş, müraciətlərinə müvafiq olaraq izahların verilməsi və onların həlli istiqamətində müvafiq tədbirlərin icrası həyata keçirilmişdir. Bundan əlavə hesabat dövründə Naxçıvan Muxtar Respublikası prokurorluğu orqanları əməkdaşları tərəfindən qanunvericiliyin təbliği ilə bağlı çoxsaylı tədbirlər keçirilmiş, o cümlədən 36 dəfə mətbuatda, 42 dəfə televiziyada çıxışlar edilib.
Geniş Kollegiya iclasında görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin icrasına toxunulmaqla əldə olunan uğurlar, habelə xidməti fəaliyyət zamanı yol verilmiş nöqsanlar ətraflı müzakirə edilib.
Geniş Kollegiya iclasına yekun vuran Kamran Əliyev xidməti fəaliyyətin təkmilləşdirilməsi, hesabat dövründə yol verilmiş nöqsanların aradan qaldırılması ilə bağlı zəruri tapşırıqlar verərək sonda Muxtar Respublikanın Prokurorluq orqanlarının hər bir əməkdaşının gələcək fəaliyyətləri zamanı qanunla üzərlərinə qoyulmuş vəzifələrin icrası istiqamətində öz bilik və bacarıqlarını bütünlüklə səfərbər edəcəklərinə, dövlətimizin və xalqımızın mənafeyi uğurunda xidməti öhdəliklərini layiqincə yerinə yetirəcəklərinə əminliyini ifadə edərək, onlara uğur arzu edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 19 Yanvar 2026 15:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















