Kamran Əliyev: Estetik cərrahlarla bağlı aidiyyəti qurumların nümayəndələrindən ibarət komissiya yaradılıb
Diplomla xidmət göstərən estetik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş prokurorluq birgə komissiya yaradıb. SN-in müraciəti əsasında, faktlarla bağlı cinayət işi açılıb. İstintaq davam etdirilir.
Bunu bu gün 20 Yanvar faciəsi ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edərkən jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.
O bildirib ki, gedişat barədə mütəmadi olaraq məlumat veriləcək:
“Bununla bağlı təşkilati, qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı Baş Prokurorluq, Səhiyyə Nazirliyi və digər aidiyyəti qurumların nümayəndələrindən ibarət komissiya yaradılıb. Onlar bu problemin kökünün səbəblərini araşdırıb, gələcəkdə baş verməməsi üçün tədbirlər planı hazırlayıb həyata keçirəcəklər”.
Baxış sayı:33
Mənbə:https://pravda.az