Icma.az
close
up
RU
Ötən il pensiya və yaşayış minimumu nə qədər artırılıb?

Ötən il pensiya və yaşayış minimumu nə qədər artırılıb?

News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“2024-cü il üzrə dövlət büdcəsinin kəsiri 551,8 milyon manat təşkil edib ki, bu da əvvəlcədən nəzərdə tutulmuş 3,3 milyard manatlıq proqnozla müqayisədə 6,1 dəfə aşağıdır. Həmin il büdcə xərclərinin 47,7 faizi və ya 18 milyard manata yaxın hissəsi dövlət proqramları və məqsədli tədbirlərin maliyyələşdirilməsinə yönəldilib. Xarici kreditlər vasitəsilə həyata keçirilən layihələr də nəzərə alınmaqla, investisiya məqsədilə ümumilikdə 2,7 milyard manat vəsait ayrılıb”.

News24.az globalinfo.az-a istinadla xəbər verir ki, bu fikirləri Milli Məclisin iyunun 3-də keçirilən növbədənkənar sessiyasında deputat Azər Əmiraslanov deyib.

İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinə isə 5,3 milyard manat həcmində maliyyə vəsaiti ayrılıb. Bu məbləğin 91,1 faizi infrastruktur layihələrinə, 6,6 faizi sosial obyektlərə, 2 faizi mina təmizləmə işlərinə, 0,3 faizi isə müdafiə və hüquq-mühafizə sahəsinə yönləndirilib.

Müdafiə və milli təhlükəsizliyin təmin edilməsi məqsədilə 2024-cü ildə 6,7 milyard manatlıq vəsait xərclənib.

Sosial istiqamətli xərclər üçün 14,7 milyard manat vəsait istifadə olunub ki, bu da ümumi büdcə xərclərinin 38,9 faizini təşkil edir. Bu göstərici əvvəlki illə müqayisədə 304 milyon manat çoxdur. 2020–2024-cü illər ərzində isə sosialyönlü xərclərin həcmi ümumilikdə 4 milyard manat və ya 37,7 faiz artıb.

Əhalinin sosial rifahının yüksəldilməsi və həssas təbəqələrin müdafiəsini gücləndirmək məqsədilə dövlət 2024-cü ildə də bir sıra mühüm qərarlar qəbul edib. Nəticədə orta aylıq pensiya məbləği 12 faiz artaraq 494 manata, yaşa görə pensiya 11,3 faiz artaraq 528 manata çatdırılmış, yaşayış minimumu isə 9,8 faiz artırılaraq 270 manat səviyyəsində müəyyən edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://news24.az
archiveBu xəbər 03 İyun 2025 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see291

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see289

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see288

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see284

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see279

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see278

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see260

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see257

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see254

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see254

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see244

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see240

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see234

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see222

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see221

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see220

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see207

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see200

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see199

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri