Icma.az
close
up
RU
Kamran Əliyev Rumıniyada Baş prokurorla görüşdü FOTOLAR

Kamran Əliyev Rumıniyada Baş prokurorla görüşdü FOTOLAR

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rumıniyada rəsmi səfərdə olan Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti 24 noyabrda Rumıniyanın Yüksək Kassasiya və Ədalət Məhkəməsinin Baş prokuroru Aleks Florantsa ilə görüşüb. 

"Unikal" xəbər verir ki, görüş zamanı Azərbaycan ilə Rumıniya arasında dostluq və strateji əməkdaşlıq münasibətlərinin inkişafı, prokurorluq orqanları arasında əməkdaşlıq və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə mövzu olub. 
Baş prokuror Kamran Əliyev qarşı tərəfə dəvətə görə təşəkkürünü çatdırıb, Avropa məkanında Rumıniya ilə Azərbaycan əlaqələrinin dərin tarixi, mədəni və dostluq adət-ənənələrinə söykəndiyinin söyləyərək, ölkələrimiz arasında münasibətlərin qarşılıqlı faydalı və səmərəli olduğunu bildirib. Baş prokuror Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları çərçivəsində prokurorluq orqanlarında aparılan genişmiqyaslı islatlardan söz açıb, cinayətkarlıqla mübarizədə beynəlxalq əməkdaşlığın mühüm rolunu vurğulayıb. O, 2024-cü ilin oktyabr ayında Aleks Florentsanın Bakıya baş tutan işçi səfərini xatırlayaraq, səfər zamanı imzalanmış Əməkdaşlığın inkişaf etdirilməsi haqqında Anlaşma Memorandumu hüquqi əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində  yüksək qiymətləndirib. Kamran Əliyev Rumıniyaya səfərini iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın yeni mərhələsi adlandırıb, qarşı tərəfi Azərbaycana rəsmi səfər etməyə dəvət edib. 
Rumıniyanın Yüksək Kassasiya və Ədalət Məhkəməsinin Baş prokuroru Aleks Florantsa qonaqları salamlayaraq, Azərbaycan ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini bildirib. O, iki ölkənin prokurorluq orqanları arasında münasibətlərindən söz açaraq, təcrübə mübadiləsi, Avropa Şurası və BMT müvafiq qurumları çərçivəsində əməkdaşlıq barədə danışıb.
Daha sonra, qonaqlara Rumıniya prokurorluq orqanların fəaliyyəti barədə ətraflı məlumat təqdim olunub. Görüşdə tərəflər hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparıblar. 
Görüşdə Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov da iştirak edib. 
 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://unikal.az
archiveBu xəbər 24 Noyabr 2025 19:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see278

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see265

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see265

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see249

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see224

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see223

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see219

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see218

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see211

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see209

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see195

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see188

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see186

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see184

Dietoloqlar arıqlamaq üçün ən yaxşı iki meyvənin adını çəkiblər...

31 Avqust 2026 21:05see182

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see175

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see166

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see166

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see166

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri