Kamran Əliyev Salyanda qəbul keçirəcək
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Baş prokuror Kamran Əliyev yanvarın 10-da, saat 10:00-da Salyanda vətəndaş qəbulu keçirəcək.
“Qafqazinfo” xəbər verir ki, Salyan Rayon Prokurorluğunun inzibati binasında keçiriləcək qəbulda Salyan, Biləsuvar, Neftçala, Hacıqabul rayon və Şirvan şəhər sakinləri iştirak edə bilər.
Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Salyan rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.
Baxış sayı:124
Bu xəbər 06 Yanvar 2025 16:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















