Kamran Əliyev Zaqatalada qəbul keçirəcək
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İyulun 18-də Baş prokuror Zaqatalada vətəndaşları qəbul edəcək.
Bu barədə Bakıvaxtı.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il iyulun 18-də, saat 10:00-da Zaqatala rayon prokurorluğunun inzibati binasında Zaqatala, Şəki, Qax və Balakən rayon sakinlərinin qəbulunu keçirəcək.
Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Zaqatala rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.
Baxış sayı:53
Bu xəbər 10 İyul 2025 11:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















