Kamran Əsədovun məhkəməsi başa çatdı: Az bal toplayan abituriyentdən bu qədər pul alıb...
Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Gəncə şəhər Məhkəməsində son qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən təhsil eksperti Kamran Əsədovun və tarix müəllimi Gündüz Abbasov cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, hakim Elçin Məmmədovun sədirliyi ilə keçirilən prosesdə şahidlərin bir neçəsinin ifadələri alınıb.
Proses təxminən 3 saatdan artıq davam edib. Ümumilikdə isə proses üzrə 30 dan artıq şahid var. Şahidlərin hissə-hissə məhkəməyə çağrılacağı gözlənilir.
Şahid Gültən Quliyeva ifadəsində Gündüz Abbasovdan fərqli olaraq Kamran Əsədovu öncədən tanıdığını bildib. O ifadəsində qeyd edib ki, övladı buraxılış imtahanından az bal toplayıb. K. Əsədovu ekspert kimi tanıdığını və ondan övladının kollecə qəbul olmasında kömək istəyib.
K. Əsədov isə öz növbəsində kömək edəcəyini hətta universitetə qəbul olacağını deyib. Bunun müqabilində K. Əsədova 15 min manat ödəyib. Ödənişini şəxsən özü verib. G. Quliyeva K. Əsədovun köməkçisi olan Bəhman adlı şəxsin ona məhkəməyə getməməsi üçün təsir etdiyini deyib. Ona "votsap" üzərindən səs yazısı atdığını bildirib.
Sonradan pul geri istənilsə də, K.Əsədov məbləği qaytarmaq istəməyib. Qadın ibtidai istintaqa çağrıldıqdan sonra K. Əsədov 15 min manatı geri qaytarıb.
Daha sonra şahid Bəhmən Hüseyinli hakimə ifadə verib. Onun şahidlərə hansı səbəbdən təsir etdiyini soruşub. Lakin B. Hüseyinli hakimin sualına tam cavab verə bilməyib. Ardından B. Hüseyinlidən avadanlıqların kimin vasitəsi ilə hazırlandığı və necə quraşdırılması soruşulub. B. Hüseynli isə bildirib ki, avadanlıqların mahiyyətini bilməyib, həmin şəxslərin K. Əsədovun ofisində məşq edildiyini görüb. Amma pulun verilməsi zamanı olmadığını deyib.
Məlumat üçün bildirək ki, B. Hüseynli K. Əsədovun qaynıdır.
Qeyd edək ki, 2025-ci ildə keçirilən ali təhsil müəssisələrinə qəbul və buraxılış imtahanlarında iştirak etmiş şəxslərə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na zidd olaraq köməklik göstərilməsinə dair Dövlət İmtahan Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb.
İttihama görə təhsil eksperti Kamran Əsədov və tarix müəllimi Gündüz Abbasov ibtidai istintaqla abituriyent hazırlıq kursu qismində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin qəbul və buraxılış imtahanlarının gedişində testləri cavablandırmağa kömək etmək məqsədilə gizli qaydada informasiya alınması (ötürülməsi) üçün nəzərdə tutulan texniki vasitələri qanunsuz olaraq hazırlamasına, habelə cinayət əlaqəsinə girərək həmin texniki vasitələri ümumilikdə 15 nəfərin üzərinə quraşdırmaqla imtahanlarda onlara köməklik göstərmələrinə əsaslı şübhələr müəyyən edilib.
Onlar gizli qaydada informasiya alınması (ötürülməsi) üçün nəzərdə tutulmuş texniki vasitələri (gizli kamera, gizli səsötürücü funksiyaya malik "vip smart" telefon, nano qulaqlıq, mifi cihazları və s.) bir-biri ilə əlaqələndirib istifadəsində hər hansı problemin olmadığına əmin olduqdan sonra Gəncə və Bakı şəhərləri ərazisində Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək orta məktəblərin buraxılış və ali məktəblərə qəbul imtahanlarından asanlıqla keçmələrinə kömək göstərilməsi üçün onlara müraciət etmiş müxtəlif şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaiti alıb aralarında bölüblər. Onlar Gəncə şəhərində fərdi yaşayış evində, Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən ofisdə və digər ünvanlarda imtahanda iştirak edəcək şəxslərin ayaqqabısının alt hissəsi kəsilməklə içəridə boşluq yaradıb qeyd edilən texniki vasitələri həmin boş sahəyə yerləşdirməklə imtahan keçirilən binanın daxilində ayaq yolu hissəsində həmin texniki vasitələri üzərinə yerləşdirməsi, imtahan sualları əks olunan vərəqəni kamera vasitəsilə çəkməsi, daha sonra isə bir müddət gözləməklə qulaqlıq vasitəsilə cavabları deyəcəyinə dair istifadə qaydaları ilə təlimatlandıraraq qanuni şəkildə imtahanların keçirilməsinin təmin edilməsini nəzərdə tutan təhsil siyasətinə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salmağa cəhd etmişlər.
Toplanmış sübutlara əsasən, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 302.3 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq satma və satış məqsədilə əldə etmə), və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilməklə Gündüz Abbasov barəsində həbs, Kamran Əsədov barəsində barəsində isə istintaq orqanının qərarı ilə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.
Növbəti məhkəmə prosesi sabah saat 14-00 a təyin olunub
***
16:32
Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən Kamran Əsədov və onunla birlikdə təqsirləndirilən Gündüz Abbasovun növbəti məhkəmə prosesi başlayıb.
Bakupost.az "Unikal"-a istinadla xəbər verir ki, məhkəmə prosesi Hakim Elçin Məmmədovun sədirliyi ilə keçirilib. Məhkəmədə tanınmış təhsil eksperti Kamran Əsədov, DİM nümayəndələri və şahidlər də iştirak edir.
Qeyd edəki ki, ittiham aktına görə, K.Əsədov və G.Abbasov cinayət əlaqəsinə girərək qanunsuz texniki vasitələri ümumilikdə 15 abituriyentin üzərinə quraşdırmaqla imtahanlarda onlara kömək ediblər. Belə ki, gizli kamera, səsötürücü funksiyalı “vip smart” telefon, nano qulaqlıq, mifi cihazları və digər qurğular əvvəlcədən bir-biri ilə əlaqələndirilib və istifadəyə yararlılığı yoxlanılıb. Daha sonra həmin avadanlıqlar hazır vəziyyətdə Gəncə və Bakı şəhərlərində keçirilən buraxılış və ali məktəblərə qəbul imtahanlarında asanlıqla nəticə əldə etmək istəyən müxtəlif şəxslərə verilib. Bütün bunların müqabilində təqsirləndirilən şəxslər müştərilərindən müxtəlif məbləğlərdə pul vəsaiti alaraq öz aralarında bölüblər. Kamran Əsədovla Gündüz Abbasova bu əməllərinə görə Cinayət Məcəlləsinin 302.3-cü (gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satış məqsədilə əldə edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib. Hər iki maddə üzrə 3 ilədək həbs cəzası nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 22 Yanvar 2026 19:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















