Kanada ABŞ mallarına 25 faizlik rüsum tətbiq edir
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Kanada bu gündən etibarən ABŞ-dan idxal edilən mallara 25 faiz rüsum tətbiq edir. Bu barədə ölkənin baş naziri Castin Trüdo məlumat verib. Xəbəri “Anadolu” yayıb.
Onun bəyanatı ABŞ prezidenti Donald Trampın Kanada və Meksikadan gələn məhsullara rüsum tətbiq etmək qərarına cavab olub: “Biz bu ədalətsiz qərarın cavabsız qalmasına imkan verməyəcəyik. ABŞ-ın tarifləri qüvvəyə minərsə, Kanada dərhal 25 faizlik cavab rüsumunu tətbiq edəcək”.
O qeyd edib ki, məhdudiyyətlər Vaşinqton öz tədbirlərindən əl çəkənə qədər qüvvədə qalacaq.
P.ƏMİRCANOV
XQ

ABŞ fevralın 4 dən Kanada mallarına 25 faizlik rüsum tətbiq edəcək
02 Fevral 2025 02:14
Tramp Kanada mallarına 25% rüsum tətbiq edərsə, Ottava cavab verəcək
10 Dekabr 2024 20:23
ABŞ Kanada mallarına rüsum tətbiq edərsə, sərt cavab alacaq
22 Yanvar 2025 10:54
Trüdo: Tramp Kanada mallarına 25% rüsum tətbiq edərsə, Ottava müvafiq cavab verəcək
10 Dekabr 2024 05:55
