Icma.az
close
up
RU
Kanada ABŞ dan avtomobil idxalına 25% rüsum tətbiq edəcək

Kanada ABŞ dan avtomobil idxalına 25% rüsum tətbiq edəcək

Oxumeni.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kanada ABŞ-dan avtomobil idxalına 25% rüsum tətbiq edəcək

Kanada Şimali Amerika ticarət müqaviləsi USMCA ilə əhatə olunmayan bütün ABŞ avtomobil idxalına 25% tarif tətbiq edəcək. Kanadanın Baş naziri Mark Karni bu barədə aprelin 3-də bildirib. "Kanada ABŞ-ın tariflərinə cavab verəcək. Amerikanın yanaşmasına uyğun olaraq, Kanada ABŞ-dan idxal edilən və Şimali Amerika Azad Ticarət Sazişimiz olan CUSMA-ya uyğun gəlməyən bütün avtomobillərə 25% rüsum tətbiq edir", - deyə siyasətçi brifinqdə vurğulayıb.

Karni əlavə edib ki, ABŞ prezidenti Donald Trampın ticarət tarifləri konkret olaraq Kanadaya yönəlməyib, lakin qlobal iqtisadiyyatı parçalayacaq və bu beynəlxalq səviyyədə iqtisadi artıma zərər verəcək.

Kanadanın baş naziri qeyd edib ki, yeni idxal tarifləri Trampın birinci dövründə danışıqlar apardığı və irəli sürdüyü ticarət razılaşmalarının birbaşa pozulmasıdır.

Donald Tramp ABŞ-a tədarük edilən bütün məhsullara rüsumların tətbiq ediləcəyini açıqladı Aprelin 2-də ABŞ prezidenti geniş ticarət tədbirləri elan etdi: ABŞ-a göndərilən bütün məhsullara 10% baza rüsumları tətbiq olunacaq. Aİ üçün bu rəqəm 20%-ə, Çin üçün isə 34%-ə qədər artırılıb.

Daha sonra, aprelin 3-də Avropa Komissiyası Aİ-nin ticarət nazirlərinin aprelin 7-də ABŞ-ın rüsumlarına cavab olaraq tədbirləri təsdiqləyəcəyini açıqladı.

Əziz Mustafa, Oxuməni.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 04 Aprel 2025 07:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see286

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see275

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see272

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see266

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see266

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see255

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see250

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see249

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see245

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see243

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see230

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see225

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see224

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see224

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see221

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see217

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see213

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see212

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see206

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri