Kanada Baş nazirinə qarşı etimadsızlıq səsverməsi üçüncü dəfə uğursuz olub
Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Kanada parlamentinin İcmalar Palatasında (aşağı palata) müxalif Mühafizəkarlar Partiyasının Baş nazir Castin Trüdoya qarşı üçüncü etimadsızlıq səsverməsi təşəbbüsü də dəstəklənməyib.
Trend xəbər verir ki, Parlamentin rəsmi saytında yayımlanan məlumata görə, təşəbbüs 152 deputatın dəstəyini alsa da, 180 deputat tərəfindən rədd edilib.
Qeyd edək ki, mühafizəkarlar bundan əvvəl də iki dəfə Baş nazirə etimadsızlıq səsverməsi keçirmək təşəbbüsü ilə çıxış etmiş, lakin hər iki halda uğur qazanmayıblar.
Kanadada növbəti parlament seçkilərinin 2025-ci ilin oktyabrında keçirilməsi planlaşdırılır.

Kanadanın Baş nazirinə etimadsızlıq səsverməsi 3cü dəfə baş tutmayıb
10 Dekabr 2024 08:43
Kanadanın Baş nazirinə etimadsızlıq səsverməsi 3cü dəfə baş tutmayıb AZƏRTAC
10 Dekabr 2024 07:27
Kanada müxalifəti üçüncü dəfə Trüdoya uduzub
10 Dekabr 2024 08:39
Kanadanın baş naziri üçüncü dəfə etimadsızlıq səsverməsindən yayına bilib
10 Dekabr 2024 12:14
Trüdo üçüncü dəfə etimadsızlıq səsverməsindən yayınıb
10 Dekabr 2024 05:34

