Kanada və Meksika liderləri Trampın qərarını müzakirə ediblər
Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Kanadanın Baş naziri Castin Trüdo və Meksika Prezidenti Klaudiya Şeynbaum ABŞ Prezidenti Donald Trampın ölkələrinə tətbiq etdiyi yeni tarifləri müzakirə etmək üçün telefonla danışıblar.
Yeniavaz.com BBC-yə istinadən xəbər verir ki, tərəflər sərhəd təhlükəsizliyinin gücləndirilməsi və qeyri-qanuni narkotiklərin istehsalı ilə mübarizə səylərini müzakirə ediblər.
Qeyd edək ki, Tramp tariflərin əsas səbəbi kimi Şimali Amerikada milyonlarla insanın ölümünə səbəb olan ölümcül dərman olan fentanilin qanunsuz dövriyyəsini göstərib.
Hər iki ölkənin liderləri həmçinin Kanada və Meksika arasındakı dərin əlaqələri, o cümlədən ticarəti müzakirə ediblər.
Onlar Kanada və Meksika arasında ikitərəfli münasibətləri gücləndirmək və sıx əlaqələr saxlamaq barədə razılığa gəliblər.
Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Meksika və Kanadadan idxala 25%, Çindən gələn mallara isə əlavə 10% rüsum tətbiq edib.

Trampın Meksika və Kanada tarifləri bu tarixdə qüvvəyə minir
27 Fevral 2025 19:41
Trampın yeni ticarət savaşı: Çin, Kanada və Meksika hədəf ALINDI
08 Fevral 2025 11:12
Bayden Trampın Çin, Kanada və Meksika mallarına rüsumlarla bağlı qərarından dönəcəyini düşünür
28 Noyabr 2024 21:50
Bayden Trampın Çin, Kanada və Meksika mallarına rüsumlarla bağlı qərarından dönəcəyini düşün
28 Noyabr 2024 21:56
Tramp bu gün Kanada və Meksika rəhbərləri ilə müzakirə aparacaq
03 Fevral 2025 09:03

