Icma.az
close
up
RU
Trampın yeni ticarət savaşı: Çin, Kanada və Meksika hədəf ALINDI

Trampın yeni ticarət savaşı: Çin, Kanada və Meksika hədəf ALINDI

Icma.az bildirir, Sfera.az portalına istinadən.

ABŞ prezidenti Donald Tramp Çin, Kanada və Meksikadan idxal edilən mallara gömrük rüsumlarının tətbiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Kanada və Meksikadan idxal edilən mallara 25 faiz, Çindən idxal edilən mallara isə 10 faizlik gömrük rüsumu tətbiq ediləcək. Ağ Ev bildirib ki, bu ölkələr cavab tədbiri görərsə, onlara qarşı daha sərt addımlar atılacaq. 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Zeynal Əmrəliyev deyib ki, bu ölkələrin iki variantı qalır:

“Ya ABŞ-nin iqtisadi hegomonluğuna boyun əymək, ya da ona müqavimət göstərmək….İkinci variantın tətbiqi üçün bu ölkələrin əlində geniş imkanlar var. Məsələn, Meksika ABŞ-yə bu məsələ barədə adekvat cavab olaraq ölkənin avtomobil sənayesinə çox ciddi şəkildə zərbə vura bilər. Nəzərə alaq ki, ABŞ-nin avtomobil nəhəngləri olan “General Motors” və "Ford Motor” markalarına aid yükdaşıyan avtomobillərin 80 faizi məhz Meksikada istehsal edilir.  Meksika İqdisadiyyat Nazirliyi ABŞ-nin artan təzyiqləri fonunda Çin və Kanada ilə iqtisadi əməkdaşlığın yeni formatını müzakirə edir. Məsələ ilə bağlı Çindən verilən açıqlamada  hansısa cavabın veriləcəyi bildirilsə də, bu ölkə  ABŞ-yə rəqib güc mərkəzləri ilə əməkdaşlığı gücləndirir. Çinin  tətbiq etdiyi subsidiya siyasəti nəticəsində bu ölkənin istehsal etdiyi elektron mallar Avropa bazarlarına çox ucuz qiymətə satılır. Bu mallar qoca qitədə həm ABŞ, həm də yerli məhsulların  batmasına səbəb olur. Avropa Birliyi Çinə bu məsələdə dəfələrlə xəbərdarlıq etsə də, rəsmi Pekin bunu diqqətə almadı. 2024-cü ilin aprelində Almaniya kansleri Olaf Şolzsun Pekinə səfəri zamanı zamanı da bu məsələ Çin rəhbərliyi ilə ciddi şəkildə müzakirə edilib. Almaniya və Çin hökumətləri arasında əldə edilən razılaşmaya əsasən iki ölkənin arasında iqtisadi əlaqələrdə, xüsusilə də elektron malların ticarətində yüksək səviyyəli əməkdaşlıq nəzərdə tutulurdu”.

Ekspert bildirib ki, Avropada digər ölkələrin də Çinlə belə əməkdaşlığa marağı var:

“Pekin ABŞ-nin qarşısını almaq üçün ilk növbədə onun əsas müttəfiqi və əhəmiyyətli bazarı olan Avropada möhkəm yer tuta, birliyə üzv ölkələrlə ABŞ-yə qarşı yeni bir güc mərkəzi yarada bilər. Əgər bu ittifaq gerçəklərsə, ABŞ böyük bazardan məhrum olmaqla bərabər, həm də böyük istehsal mərkəzlərini itirəcək. Vaşinqtonun öz qonşuları Kanada, Meksika və Panama ilə münasibətlərinin gərginləşməsi Çinə imkan verir ki, eyni siyasəti bu ölkələrlə də tətbiq edib ABŞ-ni iqtisadi cəhətdən blokadaya alsın. Artıq Kanadanın yeni hökuməti Çinlə əməkdaşlıq haqqında fikirlər səsləndirir. Həmçinin Kanada hökuməti ölkənin ərazisində olan 105 milyard dollar dəyərindəki ABŞ məhsullarına yüksək rüsumlar tətbiq edəcəyini bildirib. ABŞ-nin  Çinlə apardığı  iqtisadi savaş dünya bazarında bu ölkənin istehsal etdiyi malların kəskin dəyər itirməsinə səbəb ola bilər. Xüsusilə avtomobil sənayesi də ciddi qiymət düşüşü qaçılmaz görünür. Şübhəsiz ki, Tramp komandası bunları hesablayıb. Onlar ABŞ-nin resurslarının çoxluğuna görə rahatdırlar və rəqiblərinin  qarşılarında çox duruş gətirməyəcəyinə əmindirlər”.

Siyasi şərhçi həmçinin qeyd edib ki, baş verən proseslər ən çox Rusiyaya təsir edir:

“Moskva Qərbin sanksiyaları səbəbindən Çin mallarının əsas alıcısı idi. Son baş verən proseslərdən sonra Pekin bütün diqqətini Avropada ABŞ-lə rəqabətə yönəldib. Buna görə Rusiyada elektron mallar və avtomobil sənayesində baş göstərən qiymət artımının  daha da artacağı və pik həddə çatacağı gözləniləndir”.


Günay
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://sfera.az
archiveBu xəbər 08 Fevral 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see682

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see530

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see476

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see349

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see331

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see282

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see268

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see259

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see250

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see225

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see224

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see223

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see222

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see210

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see210

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see204

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see189

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see181

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see181

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri