Icma.az
close
up
RU
Kanadada Liberal Partiya üç əlavə seçkidə qələbə qazanıb

Kanadada Liberal Partiya üç əlavə seçkidə qələbə qazanıb

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Kanadada avqustun 31-də keçirilmiş üç federal əlavə seçkidə Baş nazir Mark Karninin rəhbərlik etdiyi Liberal Partiya qələbə qazanıb. 

Associated Press (AP) xəbər verir ki, nəticələr hökumətin ABŞ Prezidenti Donald Tramp administrasiyası ilə artan ticarət qarşıdurması fonunda Karninin siyasi mövqeyini gücləndirib.

Liberal namizədlər Kvebek əyalətindəki Chicoutimi–Le Fjord, Ontariodakı Beaches–East York və Britaniya Kolumbiyasındakı North Vancouver–Capilano seçki dairələrində qalib gəliblər.

AP-nin məlumatına görə, Chicoutimi–Le Fjord dairəsində liberal namizəd Daniel Gobeilin qələbəsi xüsusi diqqət çəkib. Sözügedən dairə əvvəllər mühafizəkarların əsas mövqelərindən biri hesab olunurdu. Beaches–East York və North Vancouver–Capilano dairələrində isə liberallar əvvəl sahib olduqları yerləri qoruyublar.

Baş nazir Mark Karni seçkilərin nəticəsini hökumətin siyasətinə verilmiş dəstək kimi qiymətləndirib. O bildirib ki, hazırkı mürəkkəb dövrdə seçicilər hökumətin fəaliyyət planına etimad göstəriblər.

Seçkilər Kanada ilə ABŞ arasında ticarət münasibətlərinin ciddi sınaqdan keçdiyi bir vaxtda keçirilib. AP qeyd edir ki, Vaşinqtonun Kanada mallarına tətbiq etdiyi yüksək tariflər və iki ölkə arasında ticarət danışıqlarının gərginləşməsi seçki kampaniyasının əsas siyasi mövzularından birinə çevrilib. Kanada hökuməti isə iqtisadi əlaqələrin şaxələndirilməsini və ölkənin ABŞ-dan iqtisadi asılılığının azaldılmasını prioritet kimi təqdim edir.

AP-nin qiymətləndirməsinə əsasən, üç dairədə əldə olunan nəticələr Baş nazir Karninin hökumətinə parlamentdə əlavə siyasi dayaq verib və onun Vaşinqtonla münasibətlərdə daha sərt mövqe tutmaq imkanlarını möhkəmləndirib. Liberal Partiyanın qələbəsi eyni zamanda müxalif Mühafizəkar Partiyanın parlamentdəki mövqeləri baxımından da əhəmiyyətli siyasi nəticə hesab olunur.

N.Adilqızı
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Sentyabr 2026 19:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see627

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see318

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see307

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see300

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see297

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see295

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see282

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see268

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see263

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see254

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see248

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see239

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see234

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see234

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see234

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see230

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see230

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see228

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see226

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri