Icma.az
close
up
RU
Kanalizasiya quyularının açıq olduğuna görə avtomobillərə dəyən ziyanı kim ödəməlidir? AÇIQLAMA

Kanalizasiya quyularının açıq olduğuna görə avtomobillərə dəyən ziyanı kim ödəməlidir? AÇIQLAMA

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yollarda açıq kanalizasiya quyuları sürücülər üçün ciddi təhlükə hesab edilir. Kanalizasiya quyusunun qapağının olmaması həm həyati baxımdan təhlükəlidir, həm də avtomobilə böyük maddi zərər vurur. Bakıda, təəssüf ki, xüsusilə də yağışlı günlərdə belə hallara daha çox rast gəlinir. Bəs yollarda açıq kanalizasiya quyusu, yol çökəkliyi və s. səbəbindən sürücülər qəza edərsə, məsuliyyət kimin üzərinə düşür?
Sürücülər dəymiş maddi zərəri kimdən tələb edə bilərlər?
Mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddin Muradlının sözlərinə görə, bu halda vətəndaşın yol təsərrüfatına cavabdeh qurumları məhkəməyə vermək hüququ yaranır:
“Bunun üçün ilk olaraq yol polisinə məlumat vermək lazımdır ki, hadisə barədə xəbərdar olsunlar. Yol polisi hadisəni sənədləşdirir. Vətəndaşın əlində artıq hüquqi sənəd yaranır, bu sənəd əsasında həmin əraziyə nəzarət edən yol təsərrüfatı qurumunu müəyyənləşdirir. Müəyyənləşəndən sonra ərazi üzrə məhkəmədə iddia qaldırılır. Hansısa servisdə də dəymiş zərər müəyyənləşir, akt tərtib olunur və vətəndaş iddia qaldıraraq həmin zərəri tələb edə bilər”.
Ekspert qeyd edib ki, sürücünün kasko sığortası varsa, dəymiş zərəri sığortadan da ala bilər, amma belə hallarda sığorta şirkətləri özləri də maraqlı olmalıdırlar: “Aidiyyatı qurumların üzərlərinə gedib, məsələ qaldırıb və bildirməlidirlər ki, sizin səhvlərinizə görə qəzalar baş verir, sürücülərə ziyan dəyir və biz sizə görə milyonlarla vəsait pul ödəyirik. Bu, dövlətin puludur. Sizə də pul ayrılıb ki, yol çəkin, ancaq elə edin ki, sonra belə problemlər meydana çıxmasın. Bu halda bəlkə nəticə olar. İndi təəssüf ki, yollarımızın çoxunda bu problemlər qalmaqdadır”.
Hüquqşünas Aysel Süleymanova bildirib ki, açıq kanalizasiya quyusunun qarşısında nişan olmalıdır: “Yollarda lyuk açıq olmamalıdır. Açıq olduğu müddətdə isə qarşısında təhlükəsizlik üçün xəbərdarlıq nişanları olmalıdır. Nişanlar yoxdursa və sürücü buna görə qəza törədirsə, yaxud avtomobilə buna görə ziyan dəyirsə, təbii ki, sürücü Dövlət Su Ehtiyatları Agentliyindən, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsdən və ya qəzanın olduğu rayonun su kanal idarəsindən təzminat tələb edə bilər. Bununla yanaşı sürücünün özü də diqqətli olmalıdır. Nişan yoxdursa, bu o demək deyil ki, açıq kanalizasiya quyusunun üzərindən keçsin. Xəbərdarlıq nişanının olmaması adı çəkilən qurumların məsuliyyətidir. Ancaq sürücünün də məsuliyyətini unutmayaq”./pravda.az
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 12 Dekabr 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see258

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see170

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see154

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see144

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri