Icma.az
close
up
RU
Kanalizasiya suları evləri isidəcək: Çirkab sularından enerji bərpası

Kanalizasiya suları evləri isidəcək: Çirkab sularından enerji bərpası

Icma.az, Milli.az saytına istinadən bildirir.

Almaniyanın Hannover şəhərinin rəhbərliyi təmizlənmiş çirkab sularının daşıdığı istilik enerjisini geri qazanaraq mərkəzi isitmə sisteminə ötürməyi hədəfləyir. Bu sistem sayəsində minlərlə mənzilin isidilmə və isti su ehtiyacı ətraf mühitə zərər vermədən ödəniləcək.

Milli.Az xəbər verir ki, mətbəx kranlarından, duşlardan və tualetlərdən gələn çirkab suları il boyu sabit temperaturda olur. Bu sabitlik sistemi yüksək dərəcədə səmərəli edir.

Təmizlənmə müəssisəsindən çıxan su çaya axıdılmazdan əvvəl 30 MVt gücündə olan nəhəng istilik nasosundan keçirilir.

Nasos sudakı enerjini mərkəzi isitmə şəbəkəsinə ötürür.

Çaya buraxılan suyun temperaturu aşağı salındığı üçün çaydakı təbii ekosistem və canlı həyat da qorunmuş olur.

Hannoverin hazırkı mərkəzi isitmə sistemi kifayət qədər genişdir, lakin bu layihə ilə daha da böyüyəcək.

Hazırda 360 kilometr olan mərkəzi isitmə xətti 550 kilometrə çatdırılacaq.

Yeni sistem ildə təxminən 235 GVt-saat (GWh) istilik enerjisi istehsal edəcək.

Bu enerji 13-15 min mənzilin həm isti su, həm də isidilmə ehtiyacını tam qarşılayacaq. Hazırda şəbəkə 35 min mənzilə xidmət edir.

Layihənin icrası zamanı mühəndislər fiziki bir maneə ilə - Leyne (Leine) çayı ilə qarşılaşdılar. Ətraf mühitə zərər verməmək üçün fərqli bir həll yolu tapıldı:

İsti su xətti çayın üzərindən deyil, onun təxminən 10 metr altından keçirilir.

Çay altından keçən bu üfüqi qazma sisteminin uzunluğu 4,1 kilometrdir.

Bu üsul həm görüntü çirkliliyinin qarşısını alır, həm də ətraf mühitə təsiri minimuma endirir.

Hannover rəhbərliyi bu və bənzər fərqli enerji layihələri vasitəsilə 2030-cu ilə qədər şəhərin enerji ehtiyacının böyük hissəsini bərpa olunan mənbələrdən təmin etməyi planlaşdırır.
Lalə Qüdrətova
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 30 Aprel 2026 22:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see313

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see305

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see272

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see253

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see253

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see251

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see236

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see233

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see229

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see210

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see208

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see208

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see207

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see206

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see205

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see202

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see197

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see196

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see186

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri