Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

“Kanalizasiya daşır, çirkab suları küçələrə yayılır” Rəsmi açıqlama

“Kanalizasiya daşır, çirkab suları küçələrə yayılır” Rəsmi açıqlama

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Burada insanlar məcburən kanalizasiya sularının, məişət tullantılarının və digər çirkabların üzərindən keçərək hərəkət edirlər”.

Bu şikayətlə “Qafqazinfo”ya bir qrup Masazır sakini müraciət edib. 

Vətəndaşlar bildirir ki, Masazır qəsəbəsində, xüsusilə yağışlı havalarda kanalizasiya sistemində ciddi problemlər yaranır: “Demək olar ki, bir çox küçədə kanalizasiya suları daşır, çirkab suları küçələrə yayılır və ətrafda kəskin, dözülməz qoxu yaranır. Kanalizasiya sularının küçələrə yayılması ciddi sanitariya problemi yaradır və əhalinin, xüsusilə də uşaqların sağlamlığı üçün təhlükə törədir. Sözügedən ərazidə məktəb yerləşir və bu küçə məktəbə gedən əsas yollardan biridir. Hər gün uşaqlar və valideynlər bu ərazidən istifadə edirlər”.

Müraciətdə, həmçinin qeyd edilib ki, bu problem yalnız yağışlı havalarda müşahidə olunmur: “Masazırın müxtəlif küçələrində ilin bütün fəsillərində kanalizasiya və su xətlərindən suyun yer səthinə çıxması hallarına rast gəlinir. Bəzi yerlərdə asfalt örtüyü yenicə salınmasına baxmayaraq, kanalizasiya sistemindəki problemlər səbəbindən yol qısa müddət ərzində qazılır, dağılır və yararsız vəziyyətə düşür.

Məsələn, Məhəmməd Füzuli küçəsində yolun yenilənməsinə baxmayaraq, kanalizasiya ilə bağlı problemlər səbəbindən yol örtüyü artıq zədələnib. Bu nasazlıqlar nəticəsində sakinlər dəfələrlə yolları qazmaq və müdaxilə etmək məcburiyyətində qalırlar”.

Vətəndaşların sözlərinə görə, sözügedən küçədə iki şəhidimizin adına abidə də var: “Ən azından şəhidlərimizin xatirəsinə hörmət əlaməti olaraq həmin küçənin təmiz, abad və insanların təhlükəsiz hərəkət edə biləcəyi vəziyyətdə olması təmin edilməlidir. Bu problemin hər dəfə müvəqqəti şəkildə aradan qaldırılması yox, kökündən həll olunması vacibdir”. 

Məsələ ilə bağlı Regional Su Meliorasiya QSC-yə sorğu ünvanladıq. Qurumdan saytımıza cavab olaraq bildirildi ki, Abşeron rayonu, Masazır qəsəbəsi Əliağa Vahid və Füzuli küçələrində son günlərdə yağan güclü yağışlar nəticəsində kanalizasiya xətlərində tutulmalar yaranıb: “Bununla əlaqədar Abşeron Su Meliorasiya Sistemlərinin İstismar İdarəsinin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilərək mövcud vəziyyət araşdırılıb. Aparılan operativ tədbirlər nəticəsində kanalizasiya xəttində yaranmış tutulma aradan qaldırılıb və ərazidə müşahidə olunan problem tam şəkildə həll edilib. Hazırda qeyd olunan ərazilərdə kanalizasiya sisteminin fəaliyyətində hər hansı problem müşahidə olunmur. Görülmüş işləri əks etdirən videogörüntüləri də təqdim edirik”.

Fidan Etibar 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 06 Oktyabr 2026 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see322

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see319

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see300

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see295

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see277

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see271

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see271

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see265

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see253

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see250

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see243

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see234

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see228

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see222

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see222

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see212

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see203

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see200

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see200

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri