Kannavaro Özbəkistan milli komandasına baş məşqçi təyin edildi
Icma.az, Idmanxeber.az saytına istinadən bildirir.
İtaliya millisinin sabiq müdafiəçisi Fabio Kannavaro Özbəkistan milli komandasının baş məşqçisi təyin edilib.
İdmanxeber.az-ın məlumatına görə, 52 yaşlı mütəxəssis komandanı 2026-cı il dünya çempionatına hazırlayacaq.
Kannavaronun son məşqçi vəzifəsi 2025-ci ilin aprelində tərk etdiyi “Dinamo” (Zaqreb) olub. O, həmçinin “Udineze”, “Benevento”, Çinin “Quançjou” və “Tyanjin” klublarını və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunu çalışdırıb.
2026-cı il dünya çempionatı 2026-cı il iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Bu, Özbəkistanın ilk dəfə dünya çempionatına vəsiqə qazanması olacaq.

Özbəkistan millisinə Kannavaro başçılıq edə bilər
30 Sentyabr 2025 18:52
Özbəkistan milli komandası Fabio Kannavaro ilə razılığa gəldi
02 Oktyabr 2025 22:32
Kannavaro Özbəkistan yığmasının baş məşqçisi olmağa razılıq verib
03 Oktyabr 2025 00:17
Özbəkistan Futbol Assosiasiyası Fabio Kannavaro ilə danışıqlar apardıqlarını təsdiqləyib
04 Oktyabr 2025 12:26
Kannavaro “Dinamo”da RƏSMİ
30 Dekabr 2024 09:18

