Fabio Kannavaro Özbəkistan millisindən ayrıla bilər
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Özbəkistan millisinin baş məşqçisi Fabio Kannavaro vəzifəsindən ayrılmağı nəzərdən keçirir.
İdman.Biz xəbər verir ki, bu barədə tanınmış jurnalist Fabrizio Romano sosial şəbəkə hesabında məlumat yayıb.
Onun sözlərinə görə, italiyalı mütəxəssisin mümkün istefası Asiya Kubokunun keçirilmə tarixinin dəyişdirilməsi ilə bağlıdır.
Əvvəlcə turnirin 2027-ci il yanvarın 7-dən fevralın 5-dək Səudiyyə Ərəbistanında təşkili nəzərdə tutulurdu. Lakin Yaxın Şərqdəki vəziyyətlə əlaqədar yarış təxirə salınıb. Yeni təqvimə əsasən, Asiya Kuboku 2027-ci il dekabrın 23-dən 2028-ci il yanvarın 21-dək keçiriləcək.
Kannavaro 2025-ci ilin oktyabrından Özbəkistan millisinə rəhbərlik edir. Onun baş məşqçiliyi dövründə komanda 2026-cı il dünya çempionatında iştirak edib.
Özbəkistan yığması mundialda Portuqaliya, Kolumbiya və Konqo Demokratik Respublikası ilə eyni qrupda mübarizə aparıb. Komanda hər üç görüşdə məğlub olaraq turniri xalsız başa vurub.
Hələlik Kannavaronun istefası ilə bağlı rəsmi qərar açıqlanmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 03 Noyabr 2026 22:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















