Icma.az
close
up
RU
Kanslerdən xalqa “hazır olun” çağırışı: Budəfəki müharibə fərqli olacaq

Kanslerdən xalqa “hazır olun” çağırışı: Budəfəki müharibə fərqli olacaq

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Almaniya kansleri Fridrix Merz “Bild” nəşrinə müsahibəsində ölkənin artıq tam sülh şəraitində yaşamadığını bildirib. O, “Schwarz Ekosistem Sammiti”ndə kiberhücumlar, məlumat mərkəzlərinə müdaxilə cəhdləri və gündəlik təxribatlara diqqət çəkərək, insanların kiberhücum təhlükəsi ilə üz-üzə olduğunu qeyd edib.

Kansler hakimiyyətin ölkəni müharibəyə hazırlıq vəziyyətinə gətirmək üçün planlar üzərində işlədiyini açıqlayıb. Vətəndaşları isə qısa müddətli ərzaq və təchizat ehtiyatı yaratmağa çağırıb.

Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə şərhçi Cavanşir Abbaslı deyib ki, Almaniya kanslerinin fikirlərində kifayət qədər həqiqət payı var:

“Bəli, artıq dünya bu təhlükə ilə üz-üzədir. Müharibə təkcə savaş meydanında aparılmır. Müasir tələblər onu deməyə əsas verir ki, hərb meydanından kənarda daha təhlükəli savaş növləri ortaya çıxıb. Bunların arasında Almaniya kanslerinin dedikləri çoxluq təşkil edir.

Dünya müharibədən sığortalanmayıb. Tam sülh şəraitində yaşamaq yaxın gələcək üçün mümkün görünmür. Hər halda hazırda dünyanın müxtəlif yerlərində yaşanan münaqişələr, gözlənilən müharibə təhlükələri bunu deməyə əsas verir. Almaniya kanslerinin sadaladığı təhlükələr artıq dünyada adi hallardan birinə çevrilib.


Cavanşir Paşazadə

ABŞ-da Prezident Donald Trampın birinci səlahiyyət müddətinin sonuna qədər onu hakimiyyətə Rusiyanın gətirdiyi və seçki öncəsi kiberhücumlar həyata keçirdiyi yönündə iddialar yer alırdı. Seçki məlumatlarının olduğu mərkəzlərə rus hakerləri tərəfindən müdaxilələrin olduğu iddiasını az eşitmədik. Bəlkə də bu iddialar doğru idi, heç bir dövlət nədənsə tam sığortalanmayıb. Sadəcə, ehtiyatı əldən vermək olmaz”.

Ekspert deyib ki, Almaniya ətrafında hələlik ciddi müharibə təhlükəsi gözlənilmir:

“Hazırda Berlin heç bir münaqişənin həllində iştirak etmir. Ukrayna kimi savaşda “yaxasını kənara çəkən” əsas Avropa ölkələri arasında ilk sıralarda dayandı. Doğrudur, müəyyən dərəcədə Ukraynaya maliyyə yardımları etdi. Amma bu, savaşda iştirak anlamına gəlmir. Hesab edirəm ki, kanslerin burada yeganə məqsədi xalqını oyatmaq, hazırlıqlı vəziyyətdə saxlamaqdır. Amma ciddi təhlükələr hələ ki, görünmür”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 Sentyabr 2025 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri