Kapital Bank ın yeni qərarı narazılıq yaratdı: 13 gün sonra... Rəsmi cavab
GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Kapital Bankın yeni komissiya qərarı narazılıq yaradıb.
Globalinfo.az xəbər verir ki, “Birbank” istifadəçilərinə 27 noyabrdan etibarən Kapital Bank ATM-lərindən nağdlaşdırma və digər bank kartlarına köçürmə əməliyyatlarında 1% komissiya tətbiq olunacağı barədə mesaj göndərilib.
Qərar sosial şəbəkələrdə geniş etirazla qarşılanıb. İstifadəçilər bildirirlər ki, bankın öz ATM-indən pul çıxarmağa komissiya tətbiqi qəbul edilməzdir və bu addım kartda pul saxlamağın mənasını azaldır.
Bu praktikanın digər banklara da yayılacağı ilə bağlı narahatlıq artır.
Sözügedən paylaşımlara Kapital Bankın reaksiyası isə belə olub:
“Nağdlaşdırma və digər yerli bank kartına köçürmə üzrə komissiyasız aylıq limit müştərinin maliyyə davranışına əsasən bank tərəfindən fərdi şəkildə təyin edilir. 27.11.2025-ci il tarixindən etibarən bəzi müştəri qruplarında “Birbank”a məxsus bankomatlardan nağdlaşdırma və “Birbank” kartlarından digər ölkədaxili bank kartlarına köçürmələr üçün əvvəl mövcud olan komissiyasız məxaric limiti ləğv ediləcək. Bu əməliyyatlar üzrə tətbiq olunacaq yeni komissiya: 1% (minimum 1 AZN/USD/EUR). Lakin “Birbank” kartlarından şəxsi vəsaitinizi “Birbank” (Kapital Bank) kartına köçürmə zamanı məxaric olunan kartdan komissiya tutulmur”.
Bankın açıqlamasına baxmayaraq, vətəndaşların şikayətləri davam edir.
Günel Cəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 14 Noyabr 2025 09:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















