“Kapital Bank”ın aktivləri 15 faiz artıb AZƏRTAC
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 19 dekabr, AZƏRTAC
Bu ilin on ayında “Kapital Bank”ın aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə 15 faiz artaraq 10,1 milyard manat təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Kapital Bank”ın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Emin Məmmədov bu ilin on bir ayı və gələn ilin planlarına dair mətbuat konfransında deyib.
O qeyd edib ki, ötən il bankın aktivləri 8,8 milyard manat olub: “Bank bu il səhmdarlara 176 milyon manat həcmində dividend verib”.
Bankın baş risk inzibatçısı Cavid Mirzəyev isə bildirib ki, il ərzində 140 mindən çox müştəri ilə bağlı dələduzluq cəhdi olunub. O qeyd edib ki, bu rəqəm ötən illə müqayisədə 2 dəfə artıb.
Bu mövzuda digər xəbərlər:“Kapital Bank”ın aktivləri 10,1 milyard manata çatıb
19 Dekabr 2024 10:38
“Kapital Bank”ın COP29 gündəliyi
16 Noyabr 2024 16:01
“Kapital Bank”ın problemli kreditləri 72% artıb
14 Avqust 2025 16:25
Gələn il “Kapital Bank”ın “Şuşa” filialı istifadəyə veriləcək AZƏRTAC
19 Dekabr 2024 11:03
Baxış sayı:103
Bu xəbər 19 Dekabr 2024 10:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















