Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Kapitulyasiya, müharibə... ABŞ seçkilərinin nəticələrinə görə dünyada siyasi hadisələr gözlənilir

Kapitulyasiya, müharibə... ABŞ seçkilərinin nəticələrinə görə dünyada siyasi hadisələr gözlənilir

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Son zamanlar istər Azərbaycan mətbuatında, istərsə də toplum arasında ABŞ seçkiləri müzakirə edilir. KİV-də də, toplumda da bu seçkilərdə kimin qazanacağı, qazanacağı təqdirdə Azərbaycan üçün fayda və zərərlərindən söz açılır.Bəs ABŞ seçkilərinin və seçkilərdə kimin seçiləcəyinin Azərbaycan üçün hansısa bir önəmi varmı?

Politoloq Əli Həziquliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ-da kimin qalib gəlməsinin birbaşa Azərbaycana elə də ciddi təsiri yoxdur və təsir elementləri Ukrayna-Rusiya savaşı üzərindən kimin qalib gəlməsinə daha çox fokuslanıb.

Əli Həziquliyev

Politoloq deyir ki, münaqişənin fonunda arzulunan şəxs qismində ABŞ-da seçkilərin qalibi kimi daha çox Tramp görünür və bunun da ciddi səbəbləri var: “Seçki ərəfəsində namizədlərin debatı boyunca müşahidələrimizə nəzərən cöyləyə bilərik ki, Tramp Rusiya-Ukrayna müharibəsinin bitirilməsində maraqlıdır və seçilərsə, müharibənin tarixə qovuşacağı gün elə də uzaqda deyil. Əgər bu, baş verərsə, o zaman Qafqazda da baş verən siyasi proseslərin həllə doğru sürəti artacaq və bu proseslərdə Azərbaycan Ermənistanla münaqişəsini demək olar ki, tam qələbə ilə başa çatdıra bilər. Əksi olarsa, yəni Harrisin qalib gələcəyi təqdirdə bunu söyləmək bir qədər çətindir. Harris Azərbaycana daim düşmən mövqeyində olan demokratların namizədidir və bu da Harrisin gələcək siyasətində də prioritet məsələ olaraq aktuallığını qoruyacaq”.

Politoloqun fikrincə, bu da öz növbəsində nəinki mövcud münaqişə ocaqlarının daha da güclənməsində, eyni zamanda bir sıra sönmüş və yaxud söndürülmüş münaqişə ocaqlarının alovlanmasında böyük rol oynayacaq: “O cümlədən, Qafqazda ocaqların yenidən körüklənməsi an məsələsi ola bilər. Mövcud durum və reallıqlar onu söyləməyə əsas verir ki, Amerika cəmiyyəti nə qədər də ikiyə parçalansa da, Amerika dövlətçiliyinin müdrikliyi Trampın üzərində dayanacaq. Bu, həm də Amerikanın xilası ola bilər. Belə ki, bu seçkiylə ölkədə ciddi siyasi islahatlar aparılmasa, həm ABŞ vətəndaşları, həm də sivil dünya bundan çox əziyyət çəkəcək”.

Əli Həziquliyev qeyd edib ki, 1994-cü ildə Ukraynaya təzyiq edərək, həm də aldadaraq onun nüvə silahını əlindən alan ABŞ, indi Ukraynanı məhv təhlükəsi ilə üz-üzə qoyub. Dünyada sürətlə nüfuzunu itirməyə başlamış ABŞ, Qədim Roma kimi süqut dövrünü yaşayır.

“Harris qalib gələcəyi təqdirdə, dünya ya nüvə müharibəsinə girəcək ya da Ukraynanın ləyaqətsiz kapitulyasiyasına tamaşaçı olacaq. Bu kapitulyasiyadan sonra Çin də Tayvanı zorla özünə birləşdirə bilər və bununla da, ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alar. Odur ki, Qərbin və ABŞ-ın özünün bu seçkidən əhəmiyyətli gözlətilərı daha çoxdur, nəinki Azərbaycanın”-deyə politoloq əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 04 Noyabr 2024 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri