Icma.az
close
up
RU
“Gizli kapitulyasiya” da olurmu?

“Gizli kapitulyasiya” da olurmu?

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistan baş naziri daxili auditoriyanın başını qatmağa çalışır

Biznesdə olduğu kimi, siyasətdə də imici qorumaq, liderlik nüfuzunu, işgüzar markanı daim yüksəkdə saxlamaq olduqca vacib amillərdəndir. Bunlardan hansı birininsə itirilməsi çox ciddi və acınacaqlı nəticələr doğurur. Qəbul etdiyi səhv qərara, atdığı yanlış addıma, yerinə və məqamına düşməyən bir kəlmə sözə, yaxud etiketdən kənar davranış və ya hərəkətə görə bir göz qırpımında nüfuzdan düşən, biznes imperiyası çökən, hakimiyyətdən getməyə məcbur olan o qədər oliqarx, siyasətçi olub ki.

“2020-ci il noyabrın 10-u Ermənistanın kapitulyasiyası və təqribən, 30 ilə yaxın işğaldan sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi tarixə düşdü”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında dilə gətirdi.

İndi, üstündən beş il keçəndən sonra Ermənistan baş naziri Nikol Paşinyan “kapitulyasiya” sözünə etirazını bildirir. Guya 2020-ci il noyabrın 10-da müharibəyə son qoymaqdan ötrü Azərbaycanın irəli sürdüyü bütün şərtləri qəbul edərək üçtərəfli Bəyanatı imzalaması onun təslim aktı ilə razılaşması deyil, başqa bir şey imiş. Məhz həmin gün Ermənistan kapitulyasiya aktına imza atdı, 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi.

Bu danılmaz həqiqəti hərb elmindən uzaq sıravi vətəndaşlar da görür və bilirdilər: Ermənistan ordusu atəşkəs ərəfəsində artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş, on mindən çox fərarisini axtaran başıpozuq dəstələrə çevrilmişdi. Azərbaycan Ordusu isə Qarabağın incisi sayılan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur oldu. Əgər Paşinyan iqtidarı bu addımı atmasaydı, hansı fəsadlarla üzləşə biləcəyi hamıya bəlli idi. Yəni hücumu davam etdirən Azərbaycan Ordusu Xankəndini də işğaldan azad edəndən sonra Ermənistan ordusunun təxminən 25-30 minlik tör-töküntüsü mühasirə vəziyyətinə düşəcəkdi. Bunu Zəfərimizdən az sonra parlamentdəki çıxışında baş nazir Nikol Paşinyan özü etiraf etmişdi.

* * *

Bəli, 10 noyabr Bəyanatı həm hüquqi, həm hərbi-siyasi, həm də məntiqi baxımdan Ermənistanın kapitulyasiya aktı idi. İndi Paşinyanın bu hərbi terminə sinonim axtarışına çıxmasının daxili auditoriyaya hesablanmış gediş olduğu diletanta da məlumdur. Bu məqamda beş əvvələ qayıdıb, dövlətimiz və millətimiz üçün o tarixi anları xatırlatmağımıza ehtiyac var. Yəqin diqqətli oxucuların yadında olar: 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə canlı efirdə məlum Bəyanatı Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin imzaladılar. Sənədi Ermənistan baş nazirinin də imzaladığı bəyan edilsə də, özü teleekranda görünmədi. Bunun səbəbini sonralar Azərbaycan lideri belə açıqlamışdı: “Mən deyirdim ki, Paşinyan canlı formatda, videokonfrans şəklində kapitulyasiya aktını imzalamalıdır. Amma açığını deyim, ondan sonra Rusiya Prezidenti Vladimir Putin məndən xahiş etdi ki, bu məsələdə çox da təkid etməyim. Mən hesab etdim ki, onsuz da Paşinyan kifayət qədər alçaldıldı, öz çirkin əməllərinə görə cəzalandırıldı, faktiki olaraq diz çökdü, mənim bütün şərtlərimi qəbul etdi. İmzalanmış bəyanatda Ağdam, Laçın, Kəlbəcər rayonlarından işğalçı qüvvələrin çıxarılmasının cədvəli də təsdiq olundu. Dedim ki, etiraz etmirəm. Dedim getsin harada istəyir imzalasın, qaranlıq bir otaqda, bir anbarda, kameralardan uzaq bir yerdə imzalasın. Belə də oldu”.

Həqiqətən də, məgər bizim üçün Paşinyanın kapitulyasiya aktını harada imzalamasının fərqi vardı? Bu məqam hayların özləri üçün əhəmiyyət kəsb edə bilərdi, necə ki, bəzi siyasətçilər, ekspertlər o zaman məsələni araşdırmağa girişmişdilər. Politoloqlar, siyasətçilər 10 noyabr Bəyanatından danışarkən vaxtaşırı bu məsələni də gündəmə gətirirdilər. İntəhası, “tapmaca” hələ də cavabını gözləyir. Erməni mətbuatı indiyə qədər bu barədə dəqiq məlumat əldə edə bilməyib.

Ermənistan daxilində hökm sürən biabırçı mənzərə, gərgin vəziyyət, iqtidara qarşı cəmiyyətin kütləvi etirazı fonunda hayların baş nazirinin bunkerdə, sığınacaqda gizlənməsini başa düşmək olar, amma üstündən beş il keçəndən sonra onun kapitulyasiyaya deyil, guya, hansısa sövdələşməyə, atəşkəslə bağlı razılaşmaya imza atdığını iddia etməsi absurd və gülüncdür. Məgər onda təkcə Ermənistanda deyil, dünyanın dörd tərəfindən kimin qalib, kimin isə məğlub olduğunu aydın şəkildə görünmürdü?

* * *

Üçtərəfli Bəyanat imzalanan gün Ermənistanda Paşinyanı bu hərəkətinə görə təhqir edirdilər, alçaldırdılar. Burada təəccüblü heç nə yoxdur. Ermənistanda özlərini “siyasi elita” adlandıranların bəyənmədikləri hökumət başçısına, spikerə qarşı belə davranışları özlərinə adət etdikləri çoxdan məlum idi. Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, Nikol Paşinyanın kapitulyasiya aktını harada imzaladığı bu günədək qaranlıq qalır. Yəqin parlament seçkiləri öncəsi müxalif düşərgənin hakimiyyətə qarşı təzyiq, şantaj və qarayaxma metodu kimi “qaranlıq otaqda qara pişik axtarışları” daha da intensivləşəcək.

Ermənistan baş nazirinin “ilişdiyi” və onun üçün “strateji” əhəmiyyət kəsb edən Zəngəzur dəhlizi ifadəsidir. Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında bu söz birləşməsindən tam yerində istifadə elədi. Paşinyan hayların olduqca “ağrılı yeri” olan bu mövzunu gündəmdən birdəfəlik çıxarmaqdan, daxili auditoriyanı ələ almaqdan ötrü Nyu-Yorkdakı çıxışında Zəngəzur dəhlizi yerinə “Tramp marşrutu” kəlməsini işlətdi. Lap yaxşı. Azərbaycandan Naxçıvana və geriyə sərbəst gediş-gəlişi təmin edəcək yolun dəhliz deyil, iki ölkə arasında sülhə nail olan ABŞ Prezidentinin adına marşrut kimi (TRIPP) yazılması, deyilməsi məsələnin mahiyyətində hansı dəyişikliyi edəcək? Yəni Ermənistan baş nazirinin bu söz oyununun daxili auditoriyaya hesablandığı hamıya gün kimi aydındır. Sadəcə, Paşinyan bu zaman əndazəni aşmamalıdır.

Bu gün Hayastan baş nazirinin parlament seçkiləri öncəsi aşağı yuvarlanmış reytinqini yüksəltmək, cəmiyyətin gözündə markasını və nüfuzunu qaldırmaq, siyasi rəqiblərinin gözünü qırmaq, Azərbaycanla sülh sazişinin imzalanmasının vacib və qaçılmaz olduğuna hayları inandırmaq kimi çətin missiyaların öhdəsindən gəlməyə çalışdığının fərqindəyik. Amma əlahəzrət faktın söykəndiyi həqiqətlə manipulyasiya etmək cəhdləri heç kəsə, o cümlədən baş nazirə də əlavə dividend gətirə bilməz.

İ.HƏSƏNQALA
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Sentyabr 2025 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see416

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see403

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see386

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see368

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see255

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see254

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see249

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see242

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see238

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see232

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see223

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see216

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see209

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see203

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see187

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see184

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see180

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see174

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see174

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri