Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Kappadokiyada yeni kulinariya dövrü FOTOLAR

Kappadokiyada yeni kulinariya dövrü FOTOLAR

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

MICHELIN Bələdçisinin Türkiyədəki fəaliyyəti 2022-ci ildə İstanbul 2023 seçiminin elan olunması ilə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, sonrakı mərhələdə bələdçi İzmir və Muğlanı da əhatə edib. 2025-ci ildə isə Kappadokiyanın siyahıya daxil edilməsi Türkiyənin zəngin və çox şaxəli kulinariya irsinin beynəlxalq arenada tanıdılması baxımından mühüm addım kimi qiymətləndirilir. Pəri bacaları, qədim qaya evləri və simvolik isti hava şarları ilə dünyada məşhur olan Kappadokiya MICHELIN Bələdçisində 18 seçilmiş restoranla təmsil olunur.

Yeni MICHELIN ulduzu alan restoranlar, yerli məhsullara əsaslanan menyular, Anadolu mətbəxinin əsrlərə dayanan reseptlərinin müasir baxışla yenidən təqdim olunması, eləcə də davamlılığa verilən önəm sayəsində region qısa müddətdə Türkiyənin ən maraqlı və cəlbedici qastronomiya istiqamətlərindən birinə çevrilib.

Torpaqdan, ənənədən və sənətkarlıqdan yoğrulan qastronomiya

Kappadokiya macəra dolu təcrübələri ilə yanaşı, yadda qalan dadlar təqdim edərək onu özünəməxsus qastronomiya istiqamətinə çevirir. Yerli yeməklər əsrlərdən bəri qorunub saxlanılan reseptlər, ənənəvi açıq od üzərində bişirmə üsulları, regionun vulkanik torpaqlarında yetişdirilən orqanik məhsullar və yaxın üzüm bağlarından əldə olunan ətirli üzümlər əsasında hazırlanır. Yerli yaddaşa xüsusi önəm verən MICHELIN Bələdçisinin seçimi də Kappadokiyanın güclü qastronomik potensialını aydın şəkildə ortaya qoyur.

Bu tanınma yalnız MICHELIN Ulduzu və Yaşıl Ulduz mükafatları ilə məhdudlaşmır. Kappadokiya eyni zamanda qadın kooperativləri, ailəvi idarə olunan məkanlar və nəsillər boyu ənənələrinə sadiq qalan köklü yerli restoranlar da daxil olmaqla, Bib Gourmand və MICHELIN tərəfindən tövsiyə olunan restoranların zəngin seçimi ilə diqqət çəkir. Bu məkanlar birlikdə ziyarətçiləri təbiət, yerli istehsalçılar və regionun orijinal dadları ilə birləşdirən xüsusi bir qastronomik səyahət yaradır.

Dəbdəbəli və müasir restoranlardan tutmuş ənənəvi yerli yeməkxanalara qədər hər biri bölgənin ruhunu öz hekayəsi ilə əks etdirir və qonaqlara unudulmaz dad təcrübələri bəxş edir.
Bəs Kappadokiyanın MICHELIN Bələdçisinə daxil olan restoranlarında qonaqları hansı dad macəraları gözləyir?

Torpağa bağlı dadlar: Kappadokiyanın kulinariya irsi

Kappadokiya təkcə gözoxşayan mənzərələri ilə deyil, eyni zamanda zəngin və ləzzətli məhsullar bəxş edən torpaqları ilə seçilir. Regionun restoranlarında hər bir yeməkdə bu bolluq və müxtəlifliyi dadmaq mümkündür. Məsələn, ərik kimi meyvələrlə incə şəkildə şirinləşdirilən xörəklər, eləcə də balqabaq tumu ilə təqdim olunan ev üsulu əriştə torpaqdan süfrəyə uzanan əsl dad bayramı yaradır və bölgənin təbii ləzzətlərini birbaşa boşqaba gətirir.

Kappadokiyanın mətbəxi Türk və Anadolu ənənələrinə dərin köklərlə bağlıdır. Məhz bu səbəbdən, burada ənənəvi bişirmə üsulları ilə hazırlanan yeməklər qonaqları regionun tarixi boyunca unikal bir səyahətə aparır. Bu yeməklər arasında testi kababı Kappadokiya səfərinin ən yaddaqalan dad xatirəsinə çevrilir. Testi kababı Avanos qəsəbəsində istehsal olunan gil qablar içərisində hazırlanır və tandırda asta-asta bişirilir. Hissləri oxşayan bu mərasim zamanı gil qab qonaqların gözü önündə qırılır və içindən çıxan buxar içində isti yemək dərhal süfrəyə təqdim olunur.

Qonaqlar odun sobasında asta-asta bişirilən, qurudulmuş əriklə ətin vəhdətindən yaranan kayısı yahnisi, qiymə, qoz-fındıq və ədviyyatlarla doldurulan heyva dolması, eləcə də ağ lobya və yumşaq ətin gil qabda bişirilməsi ilə hazırlanan ağpakla kimi özünəməxsus yerli dadları sınaqdan keçirə bilərlər. Bu zəngin dad süfrəsi incir yağlaması (kərə yağında bişirilmiş əncir), balqabaq deserti, dolaz (kərə yağlı un halvası) və Ürgüp üslubunda Damat paxlavası kimi xüsusi şirniyyatlarla ideal şəkildə tamamlanır.

Niğde Mavisi və mağaralarda yetişdirilən Divle Obruk pendiri kimi məşhur yerli ləzzətlər region şərabları ilə mükəmməl uyğunluq yaradır. Bərəkətli üzüm bağları ilə əhatə olunan Kappadokiya Boğazkere, Narince və bölgəyə xas, təravətli və mineral dad xüsusiyyətləri ilə seçilən Emir üzüm sortlarından hazırlanan şərabları ilə tanınır. Süfrədən kənarda isə ziyarətçilər yerli şərab evlərində təşkil olunan turlar və dequstasiyalar vasitəsilə bu zəngin şərab mədəniyyətini daha yaxından kəşf edə bilirlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 09 Fevral 2026 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see339

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see332

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see323

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see281

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see256

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see254

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see246

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see234

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see212

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see205

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see195

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see181

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see181

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see180

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see179

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see173

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see172

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see169

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see164

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri