Icma.az
close
up
RU
Karapetyanın seçkiöncəsi saxtakarlıqları

Karapetyanın seçkiöncəsi saxtakarlıqları

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiyalı oliqarx tarixin təkərini geri döndərməyə çalışır

Rusiyalı oliqarx Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” Partiyasının İrəvanda keçirdiyi son aksiya bir neçə mühüm məqamı üzə çıxarıb: rəqəmsal texnologiyaların siyasi manipulyasiya alətinə çevrilməsi, aksiyaların real miqyasının şişirdilməsi və inzibati resurslardan istifadə halları.

Ümumi mənzərə göstərir ki, ölkədəki siyasi rəqabət artıq təkcə ideologiyalar üzərindən deyil, həm də informasiya texnologiyaları vasitəsilə aparılır. Xüsusilə bəzi siyasi çıxışların “deepfake” texnologiyası ilə saxtalaşdırıldığına dair faktlar var. Texniki analizlər zamanı səs və görüntü arasındakı uyğunsuzluqlar, mimikaların nitqlə üst-üstə düşməməsi və audionun keyfiyyətsizliyi manipulyasiyaları təsdiqləyir. Bu, xüsusilə “Güclü Ermənistan”ın lideri Samvel Karapetyan videoformatda çıxışında daha aydın hiss olunub. Bu texnologiyadan çox vaxt xaricdə seçiciləri çaşdırmaq üçün istifadə edilir. Ermənistandakı vəziyyət bu qlobal tendensiyanın lokal təzahürüdür və ən böyük risk odur ki, belə müdaxilələr ictimai etimadı sarsıdır, insanlar gördükləri və eşitdiklərinin reallığını ayırd etməkdə çətinlik çəkirlər.

Digər ciddi məsələ mitinqin təşkili formasıdır. “Qazprom Ermənistan” QSC kimi iri şirkətlərin əməkdaşlarının inzibati təzyiq altında aksiyalara cəlb edildiyi bildirilir. Regionlardakı işçilərə “Güclü Ermənistan” partiyasının mitinqinə qatılmaq tapşırılıb, əks halda, onlar işdən çıxarılma və ya digər mənfi nəticələrlə hədələniblər. Ermənistan qanunvericiliyinə görə, toplantılarda iştiraka məcburetmə cinayət tərkibi yaradır və sərbəst siyasi iştirak hüququnun birbaşa pozulmasıdır. Bu, həm də Aİ-ni narahat edən amildir. Onun İrəvana dəstək olmaq istəyi də bundan qaynaqlanır.

Şübhəsiz ki, məcburi iştirak halları siyasi aktivliyin könüllü xarakterini zədələyir və süni “kütləvi dəstək” görüntüsü yaradır. Bununla bağlı aidiyyəti qurumlara müraciət edilməsi institusional reaksiyanın mövcudluğunu göstərsə də, əsas sual budur: bu hallar epizodikdir, yoxsa sistemli xarakter daşıyır? Son aylar Ermənistanda müşahidə olunan dinamika göstərir ki, siyasi mübarizə texnoloji manipulyasiyalar və inzibati təzyiqlər fonunda daha mürəkkəb və çoxqatlı xarakter alır.

Mitinqlərin real miqyası ilə bağlı faktlar da aparılan təhlilləri daha konkret müstəviyə daşıyır. Son illərin ən böyük aksiyalarına nəzər saldıqda görünür ki, 2024-cü ildə Baqrat Qalstanyanın rəhbərliyi ilə keçirilən mitinqdə təxminən 32 min, 2021-ci ildə Robert Koçaryanın seçkiqabağı mitinqində isə 30 min nəfər iştirak edib. Hər iki aksiya Respublika meydanı kimi geniş ərazidə baş tutub. Buna qarşılıq olaraq, “Azadlıq” meydanında təşkil olunan son mitinqin daha kiçik məkanda keçirilməsinə baxmayaraq, iştirakçı sayının 40 min kimi təqdim edilməsi ciddi şübhələr doğurur. Hesablamalar göstərir ki, real iştirakçı sayı təxminən, 12–13 min olub ki, bu da 2022-ci ilin “Müqavimət hərəkatı” mitinqi ilə müqayisə edilə bilən göstəricidir. Rəqəmlərin bu dərəcədə şişirdilməsi kütləvi dəstək görüntüsü yaratmaqla həm daxili auditoriyaya, həm də xarici tərəfdaşlara təsir etmək məqsədi daşıyan klassik siyasi texnologiyadır. “The Guardian” və “The New York Times” kimi nəşrlər də vurğulayıb ki, kütlə sayının manipulyasiyası qlobal siyasi praktikanın ayrılmaz hissəsidir.

Mitinqlə bağlı xoş olmayan faktlar yalnız bunlarla bitmir. Təşkilati mexanizmlər də aksiyanın xarakteri haqqında aydın təsəvvür yaradıb. İştirakçıların avtobuslarla daşınmasını əks etdirən görüntülər tədbirin spontan deyil, planlı və koordinasiyalı şəkildə təşkil olunduğunu sübut edir. Eyni zamanda, iştirakçıların istifadə etdiyi radikal və konfrontativ simvollar sülh gündəliyi ilə ziddiyyət təşkil edərək regiondakı həssas sabitlik məsələlərini təhlükə altında qoyur. Tədbirdə siyasi ritorika paralel olaraq güclü populist elementlərlə zənginləşdirilib. “Güclü Ermənistan” xətti ilə çıxış edən Samvel Karapetyan özünü həm siyasi lider, həm də “milli xilaskar” obrazında təqdim edib. Onun bəyanatlarında şəxsi qurbanlıq, milli kimliyin müdafiəsi və sistem dəyişikliyi çağırışları əsas yer tutub ki, bu da emosional mobilizasiya yaratmağa hesablanmış klassik populist strategiyadır.

Narek Karapetyan tərəfindən Macarıstan nümunəsinə istinad edilməsi isə beynəlxalq paralellər üzərindən legitimlik yaratmaq cəhdidir. Müraciətində Samvel Karapetyanın biznesini övladlarına ötürərək dövlət xidmətinə fokuslanacağını bildirməsi də siyasi imic formalaşdırılmasına – özünü şəxsi maraqlardan uzaq, dövlətə xidmət edən lider kimi təqdimatına xidmət edir. Lakin beynəlxalq təcrübə göstərir ki, biznes və siyasət arasındakı əlaqələrin şəffaf olmaması gələcəkdə maraq toqquşmaları ilə bağlı suallar yaradır.

Ümumiyyətlə, Ermənistanda cərəyan edən son siyasi proseslər Azərbaycanın strateji maraqları prizmasından bir neçə mühüm nəticə ortaya qoyur. Bu vəziyyət yalnız Ermənistanın daxili gündəmi ilə məhdudlaşmır, həm də regionun təhlükəsizlik balansına, sülh prosesinə və geosiyasi dinamikanın gələcək istiqamətlərinə birbaşa təsir potensialı daşıyır. Daxili siyasi mübarizədə “deepfake” kimi texnoloji manipulyasiyalardan və inzibati resurslardan istifadə Ermənistanda siyasi institutların zəifliyini göstərir. Azərbaycan üçün bu, ikili mənzərə yaradır: parçalanmış siyasi sistem Ermənistanın ardıcıl xarici siyasət yürütməsini çətinləşdirsə də, radikal qüvvələrin önə çıxması riskini artırır.

Xüsusilə Samvel Karapetyan kimi fiqurların ritorikasındakı sərt populist elementlər, milli kimlik və “ədalətin bərpası” adı altında səsləndirilən çağırışlar regionda sülh gündəliyinə birbaşa təhdid yaradır. Mitinqlərdə sülh prosesi ilə ziddiyyət təşkil edən radikal simvolların nümayişi Ermənistan daxilində revanşist meyillərin hələ də qaldığını təsdiqləyir. Bu, rəsmi İrəvanın bəyanatları ilə real siyasi iradə arasındakı fərqləri qabardır və danışıqlar prosesində qeyri-müəyyənlik yaradır. Eyni zamanda, aksiyalarda iştirakçı sayının üç dəfəyə qədər şişirdilməsi ictimai rəyin manipulyasiya edildiyini göstərir.

“Qazprom Ermənistan” əməkdaşlarının aksiyalara məcburi cəlb edilməsi faktı isə Ermənistan iqtisadiyyatında və siyasətində xarici təsir rıçaqlarının nə dərəcədə həlledici olduğunu nümayiş etdirir.

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin aparıcı məsləhətçisi Fuad Abdullayev bildirib ki, parlament seçkilərinə hazırlıq prosesi son mərhələyə daxil olaraq intensiv təbliğat kampaniyaları və artan xarici təsir iddiaları fonunda müşayiət olunur: “Proseslərin inkişaf dinamikası göstərir ki, həm mövcud iqtidar, həm də müxalifət qüvvələri bütün resurslarını səfərbər edərək həlledici mübarizəyə hazırlaşırlar. Lakin cəmiyyətdəki qeyri-müəyyənlik heç bir tərəfə mütləq qələbə zəmanəti vermir. Sorğularda respondentlərin 48 faizinin heç kimə etibar etməməsini bunun ən bariz nümunəsi hesab etmək olar.

Nəticə etibarilə, qeyd etmək olar ki, mübarizə son günə qədər gərgin keçəcək və seçkinin nəticələri ilə bağlı fors-major ssenarilərin reallaşması ehtimalı qalır. Digər tərəfdən, hakimiyyətin güclənən rəqiblərini neytrallaşdırmaq məqsədilə inzibati resurslardan fəal şəkildə istifadə edəcəyi və “Moldova ssenarisi”ni həyata keçirməyə çalışacağı istisna edilmir. Lakin bu addımın iqtidar üçün istənilən nəticəni verəcəyi ehtimalı azdır. Müxalifət qüvvələri bu ssenari barədə məlumatlıdır və hakimiyyətin belə bir addımına qarşı müvafiq hazırlıq gördüyü proqnozlaşdırılır”.

Bütün bunları nəzərə alaraq, Azərbaycan üçün optimal yanaşma regionda sülh gündəliyini irəli apararkən, Ermənistan daxilindəki prosesləri mütəmadi monitorinq etmək və dəyişən reallıqlara qarşı çevik strategiya yürütməkdir. Ermənistanın daxili siyasi prosesləri artıq yalnız bu ölkənin daxili işi deyil, bütövlükdə, regionun təhlükəsizlik arxitekturasını formalaşdıran həlledici amilə çevrilib.

Pünhan ƏFƏNDİYEV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Aprel 2026 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri