Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Karapetyanın “fəlakət tezisləri”

Karapetyanın “fəlakət tezisləri”

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hay siyasi korafəhmliyinin məğlubiyyət unutqanlığı

Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca, siyasi səhnədə gərginlik artır. Gərginliyi artıran müxalifyönümlü revanşist və şovinist düşərgədir. Həmin düşərgədə yer alan, erməni əsilli rusiyalı biznesmen, hazırda ev dustaqlığında olan “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyanın yerli televiziya kanallarına müsahibəsi bu baxımdan diqqət çəkməkdədir.

S.Karapetyan, əslində, müsahibə verməyib, əməlli-başlı sərsəmləyib. Onun dediklərindən gəldiyimiz qənaət fikrimizin sübutudur. Elə isə Rusiyanın Ermənistanı geri qaytarmaq məqsədli “pas” kartına çevrilmiş Samvelin hansı məqamları qabartdığına, nə kimi spekulyasiyalara baş vurduğuna nəzər salaq.

Birincisi, özünü ucuz populizmə kökləmiş Karapetyanın sözlərinə görə, son tədqiqatlar Baş nazir Nikol Paşinyanın reytinqinin çox aşağı olduğundan xəbər verir. Görəsən, o, bu ağ yalanı haradan götürüb? Paşinyanın reytinqi kifayət qədər yüksəkdir. Ən azı, göstərici baxımından Karapetyan onunla müqayisəyə gələ bilməz. Deməli, iş adamının “baş nazir vəzifəsini icra edən şəxsə qalib gəlmək tam realdır” fikri özünü aldatmaqdan, blefdən başqa bir şey deyil. Heç şübhəsiz, bu deyim dərin psixoloji sarsıntıdan qaynaqlanır. Axı vaxt daralır, gələn ayın ilk həftəsində seçkidir. İkincisi, S.Karapetyan deyib ki, əgər ona qarşı cinayət təqibi və erməni kimliyinə qarşı hücumlar olmasaydı, özünü siyasətdə təsəvvür etməzdi. Fikirdə məntiqsizlik var. Məlumdur ki, bu əbləhlə bağlı cinayət təqibinə səbəb qeyri-qanuni fəaliyyətidir. Kimliyə qarşı hücuma gəldikdə, burada da anlaşılmazlıq var.

Diqqət yetirək, S.Karapetyan hay hakim komandasının bütün ermənilərin katolikosu II Qareginə qarşı hücumları kontekstində “parlamış”, ikincini müdafiə edən tərəfə çevrilmişdi. Sirr deyil ki, bu “parlamanın”, Şimalın soyuq küləkləri ilə birbaşa əlaqəsi var. Yəni Karapetyan Moskvadan siyasi proseslərə qoşulmaq əmri alıb hərəkətə keçmişdi. Yeri gəlmişkən, vaxtilə oxşar əmri Qarabağdakı separatçı rejimdə oyuncaq “dövlət naziri” postunu tutmuş Ruben Vardanyan da almışdı. O Vardanyan ki, hazırda Bakıda həbsxana həyatı yaşayır və bu mənada, Rubenlə Samvel arasında aqibət yaxınlığı var...

Növbəti məqama keçərək bildirək ki, Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin başçılığı ilə ölkəmizin nümayəndə heyətinin İrəvana səfəri və sərhəd komissiyalarının Ağverəndəki birgə iclası xüsusunda erməni mediası, guya, tərəflərin 300 min azərbaycanlının geri qayıdışını müzakirə etdiklərinə dair dezinformasiya yaydı. Şübhəsiz, bunu müxalif düşərgə qondarmışdı. Elə sərsəm Karapetyanın yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirlər də bunu deməyə əsas verir. Təxminən belə: 300 min azərbaycanlının köçürülməsi planları Ermənistan ordusunda minlərlə azərbaycanlı hərbçinin meydana çıxmasına gətirib çıxaracaq ki, bu da ölkənin təhlükəsizliyi üçün təhdiddir. Görünür, siyasətdə ancaq Samvel olmalısan ki, bu sayaq “uzaqgörən” proqnozlar verəsən.

Deməli, “300 min azərbaycanlı” ritorikasının kimin yastığının altından çıxdığı aydın oldu. O da məlumdur ki, hazırda erməni iqtidarının müxalifətə qarşı əsas mübarizə tezisi sülhdür. Birincilər əks düşərgə təmsilçilərini sülhə və sabitliyə qarşı çıxmaqda günahlandırırlar və bu ritorika erməni ictimai rəyində də böyük populyarlıq qazanır. Çünki sadə ermənilər reallığın fərqindədirlər. Onlar yaxşı başa düşürlər ki, karapetyanlar, koçaryanlar Rusiyanın Ermənistan ssenarisinin tərkib hissəsidir. O ssenari ki, Cənubi Qafqazda itirilmiş mövqelərin bərpasını hədəf seçib. Bunun üçün isə daimi gərginlik ocağı lazımdır. Söhbət artıq tarixə çevrilmiş Qarabağ münaqişəsinə bənzər gərginlikdən gedir.

Əlqərəz, S.Karapetyan erməni ictimai rəyində sülh mövzusunun populyarlığından xəbərdardır. Eləcə də xalqın müxalifəti müharibə tərəfdarı kimi tanıdığının fərqindədir. Ona görə də iz azdırır. Amma bunu da düz-əməlli edə bilmir. O bildirir ki, hakimiyyət dəyişikliyi baş versə, Azərbaycanla müharibənin qarşısını almaq mümkün olacaq. Deməli, hər şey aydındır. Axı müharibə yoxdur, üstəlik, Azərbaycanla Ermənistan arasında münasibətlər qurulur. Görəsən, Samvel olmayan müharibənin qarşısını almaq dedikdə nəyi nəzərdə tutur? Karapetyan düşünür ki, onu hakimiyyətə gətirənlər Azərbaycana elə təzyiq göstərəcəklər ki, ikinci heç bir müqavimət göstərmədən prinsiplərindən geri çəkiləcək. Hər halda, bu, yalnız Samvel kimi siyasi korafəhmlərin ağlından keçə bilər.

...S.Karapetyanın “uzunmüddətli sülhün əsası güclü iqtisadiyyatdır: onsuz digər məsələlər barədə danışmaq mənasızdır” tezisinə nəzər salaq. Oxşar fikri bu günlərdə Ermənistanın ikinci prezidenti, tipik erməni xəstəliyinin daha parlaq daşıyıcısı Robert Koçaryan da dilə gətirmişdi. Yəni Ermənistan iqtisadi cəhətdən o qədər güclü hala gələcək ki, Azərbaycan ondan çəkinib ədalətli sülhlə razılaşacaq. Axı anadangəlmə avantüristlər indiki barış mühitini ədalətsiz və davamiyyətsiz durum sayırlar. Göründüyü kimi, Samvelin bu fikrində də məkr gizləntisi var.

S.Karapetyan onu da bildirib ki, özünün rəhbərliyi altında iqtisadi islahatlar regionlardan başlayacaq və vətəndaşların rifahının artırılması üçün ardıcıl addımlar atılacaq. Bu da boş söz yığınından başqa bir şey deyil. Çünki Ermənistan Samvelin yenidən vəd etdiyi Rusiya boyunduruğu dövrünü görüb. O dövrü ki, aclıq və səfalət, cinayətkarlıq və cəzasızlıq ölkəni başına almış və nəticədə yazıq ermənilər 2018-ci ildə Qərbin “Paşinyan planı”nı dəstəkləmək üçün ayağa qalxmaqdan başqa yol görməmişdilər.

S.Karapetyanın sözlərinə görə, Paşinyan Ermənistanı geosiyasi toqquşma mərkəzinə çevirir. Bütün beynəlxalq tərəfdaşlarla münasibətləri balanslaşdırmaq və region ölkələri ilə əlaqələri normallaşdırmaq üçün ölkəyə yeni, güclü liderlik lazımdır. Məlumdur ki, Samvelin Şimaldakı ağalarına belə bir Ermənistanın mövcudluğu lazım deyil. Onlar ölkəni özlərinin imperialist maraq və mənafelərinin icrası baxımından alət qismində görürlər. Bu mənada, Karapetyanın hələ həyata keçməyən güclü liderliyinin sabiq xunta idarəçiliyi sistemindən fərqlənməyəcəyi gün kimi aydındır. Nəzərə alaq ki, xalqı idarə etmək olar, qövm olaraq yanaşılan kütlə üçün isə quldurbaşı da kifayətdir. Məsələn, elə həmin Koçaryan və ondan sonrakı Serj Sarkisyan kimi Rusiyanın canişininə çevrilmiş, dövlətçilik təfəkküründən uzaq quldurbaşılar.

“Güclü Ermənistan”ın lideri Rusiyadan Ermənistanın strateji aktivlərini geri qaytardığını deyib. Yəni o, bəsit şəkildə sadə erməniləri pulla şirnikləndirir. Sonda isə Samvel yenidən “yüz minlərlə azərbaycanlının Ermənistana mümkün köçürülməsi planları” barədə söz açıb və bir daha bu planı “təhlükəli” adlandıraraq, hazırda ölkə üçün əsas təhdid yaradan iki şəxsin adını çəkib. Həmin şəxslərdən birinin baş nazir Paşinyan olması birmənalıdır. İkincisi isə, sən demə, Prezident İlham Əliyev imiş. Elə bu sərsəm deyimdən də görünür ki, Samvelin rəhbərlik etdiyi kəsim hakimiyyətə gələcəyi təqdirdə, Azərbaycanla sülh prosesi pozulacaq. Sülh prosesinin pozulmasının isə bütövlükdə regiona böyük fəlakətlər gətirəcəyinin əlavə sübuta ehtiyacı yoxdur. Ümumiləşdirmə apararaq belə qənaətə gəlmək mümkündür ki, Karapetyanın düşüncələri Ermənistan üçün yeni fəlakət tezisləridir.

Ə.RÜSTƏMOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 May 2026 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see491

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see462

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see270

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see253

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see250

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see244

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see236

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see232

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see231

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see226

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see216

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see214

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see211

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see208

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see199

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see195

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see187

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see185

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see183

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri