Icma.az
close
up
RU
Karbohidratlar və təzyiq aşağı təzyiqin gizli səbəbi

Karbohidratlar və təzyiq aşağı təzyiqin gizli səbəbi

Pravda.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Təzyiqin aşağı olması (hipotansiyon) çoxsaylı əlamətlərə malik olsa da, bəzən hiss edilmədən inkişaf edir və çox gec özünü göstərir.

Pravda.az bildirir ki, hipotansiyon ciddi sağlamlıq problemlərinə, xüsusən ürək və damar xəstəliklərinə gətirib çıxararır.

Təzyiqin aşağı olması nədir?

Təzyiq damarlarda qan axınının yaratdığı basıncdır. Normal təzyiq nisbəti təxminən 120/80 mm Hg olmalıdır. Lakin, əgər ölçü 90/60 mm Hg civarındadırsa, bu, təzyiqin aşağı olması deməkdir. Təzyiqin aşağı olması, adətən baş fırlanması, ürəkgetmə, soyuq tərləmə, yorğunluq və ürək bulanması ilə özünü göstərir.

Təzyiqin aşağı olmasının səbəbləri:

Bədənin ehtiyac duyduğu mayenin yetərsiz olması (az su içmək, ishal, intensiv idman və s.)

Az və nizamsız qidalanma

Hamiləlik

Stres, narahatlıq, qorxu

Qan azlığı

İstifadə olunan dərmanlar (təzyiq, ürək dərmanları, antidepressantlar və s.)

Qan itkisi

Mərkəzi sinir sistemi xəstəlikləri

Ciddi infeksiyalar

Qaraciyər xəstəlikləri

Hormonla bağlı problemlər

Təzyiqin aşağı olmasının müalicəsi

Təzyiqin aşağı olmasına səbəb olan amilə görə müalicə fərqli ola bilər. Məsələn, qan itkisi səbəbindən təzyiq aşağı düşübsə, qan köçürməsi və ya itirilən mayenin damar yolu ilə verilməsi ən yaxşı müalicə olacaqdır.

Bundan başqa, təzyiqi artırmaq üçün maye qəbulunu artıraraq, sağlam qidalanaraq, təzyiqi yüksəldən dərmanlar qəbul edərək müalicə edilə bilər.

Təzyiqin aşağı olmasının təsirlərini azaltmaq üçün nələr etməliyik?

Duzla zəngin qidalar seçin, amma çox duz istehlakının sağlamlığa zərər verməməsi üçün həkimlə məsləhətləşin.

Bol-bol maye qəbul edin.

İsti havalarda və ya soyuqdəymə kimi xəstəliklər zamanı daha çox maye içməyə diqqət edin.

Alkoqoldan uzaq durun və ya istehlakını məhdudlaşdırın.

Mütəmadi fiziki məşqlər edin və qan dövranını sürətləndirin.

Stressdən uzaq durmağa çalışın.

Oturarkən ayaqları üst-üstə qoymayın.

Ani hərəkətlərdən çəkinin. Uzandıqdan və ya oturduqdan sonra dərhal ayağa qalxmayın.

Porsiyonları kiçiltmək və karbonhidrat istehlakını azaltmaq faydalı ola bilər.

Xüsusilə gecə kafein qəbulundan qaçın.

Qeyd: Əgər bu üsulları tətbiq etdikdən sonra problem hələ də davam edirsə, həkimə müraciət etmək lazımdır. Təzyiqin aşağı olması vaxtında müalicə və düzgün yanaşma ilə effektiv şəkildə idarə oluna bilər.

Əminə Bayramova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:33
embedMənbə:https://pravda.az
archiveBu xəbər 10 Aprel 2025 08:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see132

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see131

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see131

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see128

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see128

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see127

AMEA nın yubileyinə həsr olunmuş konfrans

13 Aprel 2025 04:16see123

Nazirlərin aylar sonra ilk görüşü: İrəvan nəyə çalışır?

13 Aprel 2025 09:02see123

Dublyor olmadan əfsanəyə çevrildi: Ölümə meydan oxuyan Cüneyt Arkın

13 Aprel 2025 02:32see122

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see120

Şirvanda 36 yaşlı qadın özünü bıçaqlayıb

13 Aprel 2025 02:16see119

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see119

Bu bürclər yaxın zamanda varlanacaq ÇOX AZ QALDI

13 Aprel 2025 09:18see117

İŞİD ə qarşı tarixi ittifaq: 5 ölkə güclərini birləşdirir

13 Aprel 2025 15:26see116

Bakıda FACİƏ: iki qardaş...

13 Aprel 2025 13:46see113

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see113

Zelenski beynəlxalq ictimaiyyətə səsləndi: “Rusiyaya qarşı daha sərt tədbirlər görün!”

13 Aprel 2025 16:15see113

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see112

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see111

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri