Kardaşyanda atasının ölümünə səbəb olan xəstəlikdən aşkarlanıb
Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.
Tanınmış model Kim Kardaşyan səhhəti ilə bağlı açıqlamasıyla gündəmə gəlib.
Axşam.az xəbər verir ki, 45 yaşlı Kim yeni mövsümü yayımlanacaq “Kardaşyanlar” ailə realiti-şousunun treylerində xəstəxanaya yerləşdirildiyini açıqlayıb. Realiti-şou ulduzuna ezofagit - qida borusunda şişkinlik və iltihabla müşayiət olunan xəstəlik diaqnozu qoyulub. Treylerdə Kimin xəstəxanada müayinədən keçdiyi anlar əks olunub.
Verilişin prodüseri isə Kimin atasının da eyni xəstəliklə əlaqəli xərçəngdən vəfat etdiyini xatırladıb. “Atan da bundan ölməmişdi” sualına Kim “Bəli” cavabını verib.
Kimin anası Kris Cenner isə qızının xəstəxanaya yerləşdirilməsinə münasibət bildirərkən emosiyalarını gizlədə bilməyib:
“Mən bacarmıram, ağlamaq istəyirəm”.
Qeyd edək ki, müalicə olunmadığı təqdirdə ezofagit Barrett sindromuna, daha sonra isə bədxassəli şişə çevrilə bilər. Kimin atası Robert 2003-cü ildə məhz qida borusu xərçəngindən vəfat edib. Onun 59 yaşı olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 18 Sentyabr 2026 12:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















