Kart məlumatlarını paylaşma! DİN çağırış edir
Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Vətəndaşların bank kartlarına müxtəlif kiber üsullarla müdaxilə halları var. Bank kartının üzərində olan məxfi məlumatların naməlum şəxslərə verilməsi maliyyə itkisinə və kredit öhdəliklərinin yaranmasına səbəb olur.
Bu barədə DİN-in Mətbuat Xidmətindən "Unikal"a bildirilib ki, CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, sizə məxsus digər sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, eləcə də kartın PİN kodu naməlum şəxslərə ötürüldüyü halda hesabdakı pul vəsaiti, yaxud hesabda pul olmadığı təqdirdə kredit vəsaiti oğurlana bilər.
Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə bağlı təkliflərə qarşı diqqətli olmaları tövsiyə edilir. Qəti şəkildə şəxsi bank məlumatlarınızı naməlum şəxslərə verməyin, təhlükə realdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 09 Dekabr 2025 10:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















