DİN dən vətəndaşlara çağırış: Şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 8 aprel, AZƏRTAC
Xarici müdaxilələrlə vətəndaşların aldadılaraq bank kartlarından talamalar davam edir. Kiber məkanda sxemlər tez-tez dəyişir, lakin prinsiplər dəyişmir. Bank kartları ilə əlaqəli xarici zənglər, mesajlar cavab verilmədən, saxta linklərə daxil olmadan bloklanmalıdır. Əks halda bank kartında olan pul vəsaitinizi talayacaqlar.
Bu barədə AZƏRTAC-a Daxili işlər Nazirliyinin (DİN) mətbuat xidmətindən daxil olan məlumatda bildirilib.
Qeyd olunub ki, aprelin 7-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla – 17 min 451, 16 min , 6 min 697, 6 min 321, 6 min, 5 min, 3 min 700, 2 min, 1 968, 1 800, 960, 420, 380, 250, 50 manat pul vəsaitləri bank kartlarından oğurlanıb: “Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin”.
Baxış sayı:134
Bu xəbər 08 Aprel 2025 12:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















