Icma.az
close
up
RU
Kartdan karta ödəniş DAYANDIRILIR: Artıq qərar QÜVVƏDƏDİR

Kartdan karta ödəniş DAYANDIRILIR: Artıq qərar QÜVVƏDƏDİR

News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Vergi və istehlakçı hüquqlarının qorunması baxımından post-terminal cihazlarının fəaliyyət göstərməsi mühüm əhəmiyyət daşıyır".

Bunu News24.az-a açıqlamasında iqtisadçı ekspert Günay Hüseynova deyib.

O qeyd edib ki, cihazlarda nasazlığın baş verməsi və ya sahibkarın bilərəkdən istehlakçını aldatması, eləcə də ödənişi yalnız nağd şəkildə tələb etməsi qanunvericiliyin müddəalarına ziddir: " Alqı-satqı əməliyyatları zamanı istehlakçı nəğd vəsaitin olmadığını bildirdikdə, bəzi hallarda ondan ödənişi birbaşa kart hesabına göndərməsi tələb olunur ki, bu da qanunvericiliyə uyğun olmayan bir praktika hesab olunur. Əgər istehlakçı ödənişi kart hesabına həyata keçirirsə, ona mütləq şəkildə kassa çeki və ya faktura təqdim edilməlidir. Həmin vəsait birbaşa satıcının və ya işçinin şəxsi hesabına deyil, rəsmi olaraq müəssisənin bank hesabına yönəldilməlidir".

Ekspert qanunvericiliyin tələblərinə əsasən, post-terminal və ya kassa aparatının olmaması, habelə vergi uçotunda olan şəxsin gəliri şəxsi kart hesabına köçürməsi nəzarətsiz ticarət fəaliyyəti kimi qiymətləndirildiyini və bu cür hallarda həm fiziki, həm də hüquqi şəxslər qanunvericilik qarşısında məsuliyyət daşıdığını bildirib.

Onun sözlərinə görə, kartdan-karta ödəniş və post-terminal vasitəsilə aparılan ödənişlər bəzən sahibkarlar üçün əlavə inzibati və maliyyə yükü yaradır: "Qanunvericilikdə istənilən ticari fəaliyyətin vergi yükünə cəlb olunması nəzərdə tutulsa da, bu mexanizmin dövriyyə əsasında diferensiallaşdırılması daha məqsədəuyğun hesab oluna bilər. Post-terminal cihazlarının quraşdırılması qanunvericiliklə tələb olunsa da, kiçik sahibkarlar üçün bu xərclər tez-tez mənfəəti aşır və iqtisadi səmərəsizlik yaradır. Məsələn, istehlakçı 1 manat dəyərində məhsul alarkən ödənişi post-terminal vasitəsilə həyata keçirmək istədikdə, əldə edilən mənfəətin əhəmiyyətli hissəsi komissiya və vergi xərclərinə yönəlir və nəticədə sahibkara xalis gəlir qalmır".

İqtisadçı vurğulayıb ki, bu baxımdan, qanunvericiliyə dəyişiklik edilməklə 5 manat və daha aşağı dəyərdə olan məhsulların satışının vergiyə cəlb edilməməsi, bu tip ödənişlərin nağd şəkildə həyata keçirilməsinə icazə verilməsi, yaxud kiçik sahibkarlar üçün post-terminal cihazlarının daha əlverişli şərtlərlə təqdim olunması zəruri görünür:

"Mövcud iqtisadi durğunluq, alıcılıq qabiliyyətinin aşağı düşməsi, pul kütləsinin dövriyyə sürətinin azalması, geosiyasi risklər və likvidlik çatışmazlığı fonunda kiçik sahibkarların fəaliyyət imkanları ciddi şəkildə məhdudlaşıb. Nəticədə bir çox kiçik sahibkar fəaliyyətini dayandıraraq ölkəni tərk etmiş və xarici əmək bazarında potensial işçi qüvvəsinə çevrilmişdir. Bu reallıqlar fonunda mövcud tənzimləyici mexanizmlərin ya ləğv edilməsi, ya da onlara güzəştlərin tətbiqi aktuallıq kəsb edir"- deyə o əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://news24.az
archiveBu xəbər 03 Avqust 2025 00:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri