Icma.az
close
up
RU
Kartdan karta ödəniş DAYANDIRILIR: Artıq qərar QÜVVƏDƏDİR

Kartdan karta ödəniş DAYANDIRILIR: Artıq qərar QÜVVƏDƏDİR

News24 saytına istinadən Icma.az xəbər verir.

"Vergi və istehlakçı hüquqlarının qorunması baxımından post-terminal cihazlarının fəaliyyət göstərməsi mühüm əhəmiyyət daşıyır". 

Bunu News24.az-a açıqlamasında iqtisadçı ekspert Günay Hüseynova deyib. 

O qeyd edib ki, cihazlarda nasazlığın baş verməsi və ya sahibkarın bilərəkdən istehlakçını aldatması, eləcə də ödənişi yalnız nağd şəkildə tələb etməsi qanunvericiliyin müddəalarına ziddir: " Alqı-satqı əməliyyatları zamanı istehlakçı nəğd vəsaitin olmadığını bildirdikdə, bəzi hallarda ondan ödənişi birbaşa kart hesabına göndərməsi tələb olunur ki, bu da qanunvericiliyə uyğun olmayan bir praktika hesab olunur. Əgər istehlakçı ödənişi kart hesabına həyata keçirirsə, ona mütləq şəkildə kassa çeki və ya faktura təqdim edilməlidir. Həmin vəsait birbaşa satıcının və ya işçinin şəxsi hesabına deyil, rəsmi olaraq müəssisənin bank hesabına yönəldilməlidir".

Ekspert qanunvericiliyin tələblərinə əsasən, post-terminal və ya kassa aparatının olmaması, habelə vergi uçotunda olan şəxsin gəliri şəxsi kart hesabına köçürməsi nəzarətsiz ticarət fəaliyyəti kimi qiymətləndirildiyini və bu cür hallarda həm fiziki, həm də hüquqi şəxslər qanunvericilik qarşısında məsuliyyət daşıdığını bildirib. 

Onun sözlərinə görə, kartdan-karta ödəniş və post-terminal vasitəsilə aparılan ödənişlər bəzən sahibkarlar üçün əlavə inzibati və maliyyə yükü yaradır: "Qanunvericilikdə istənilən ticari fəaliyyətin vergi yükünə cəlb olunması nəzərdə tutulsa da, bu mexanizmin dövriyyə əsasında diferensiallaşdırılması daha məqsədəuyğun hesab oluna bilər. Post-terminal cihazlarının quraşdırılması qanunvericiliklə tələb olunsa da, kiçik sahibkarlar üçün bu xərclər tez-tez mənfəəti aşır və iqtisadi səmərəsizlik yaradır. Məsələn, istehlakçı 1 manat dəyərində məhsul alarkən ödənişi post-terminal vasitəsilə həyata keçirmək istədikdə, əldə edilən mənfəətin əhəmiyyətli hissəsi komissiya və vergi xərclərinə yönəlir və nəticədə sahibkara xalis gəlir qalmır".

İqtisadçı vurğulayıb ki, bu baxımdan, qanunvericiliyə dəyişiklik edilməklə 5 manat və daha aşağı dəyərdə olan məhsulların satışının vergiyə cəlb edilməməsi, bu tip ödənişlərin nağd şəkildə həyata keçirilməsinə icazə verilməsi, yaxud kiçik sahibkarlar üçün post-terminal cihazlarının daha əlverişli şərtlərlə təqdim olunması zəruri görünür: "Mövcud iqtisadi durğunluq, alıcılıq qabiliyyətinin aşağı düşməsi, pul kütləsinin dövriyyə sürətinin azalması, geosiyasi risklər və likvidlik çatışmazlığı fonunda kiçik sahibkarların fəaliyyət imkanları ciddi şəkildə məhdudlaşıb. Nəticədə bir çox kiçik sahibkar fəaliyyətini dayandıraraq ölkəni tərk etmiş və xarici əmək bazarında potensial işçi qüvvəsinə çevrilmişdir. Bu reallıqlar fonunda mövcud tənzimləyici mexanizmlərin ya ləğv edilməsi, ya da onlara güzəştlərin tətbiqi aktuallıq kəsb edir"- deyə o əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://news24.az
archiveBu xəbər 17 İyul 2025 23:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri