Kartel lideri barədə məlumat verən şəxsə 5 milyon dollar mükafat veriləcək
Icma.az, Avtosfer saytına istinadən bildirir.
ABŞ Dövlət Departamenti Meksikanın "Sinaloa" narkokartelinin liderlərindən biri olan Xuan Xose Ponse Feliksin tutulması ilə bağlı məlumat verən şəxsə 5 milyon dollar mükafat təklif edib.
Avtosfer.az bu barədə "Report"a istinadən xəbər verir.
Sənədə əsasən, kartel lideri həm də "Xesus Alexandro Sançez Felix" və "El Ruso" ləqəbləri ilə tanınır.
Federal Təhqiqatlar Bürosunun məlumatına görə, o, kartelin "La Mayiza" qruplaşmasının silahlı qanadı "Los Ruso"sun yaradıcısı və rəhbəridir. "La Mayiza" fentanil, kokain, marixuana, heroin və metamfetamin istehsalı və onların Meksikanın şimal-şərqindən ABŞ-yə qaçaqmalçılığı ilə məşğuldur.
Xuan Xose Ponse Feliks son on ildə reketçilik, narkotik alveri, çirkli pulların yuyulması və silah alverinə görə Kaliforniya hakimiyyəti tərəfindən axtarışda olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 17 Sentyabr 2025 21:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















